Amerika koalisiyası Suriyanın şimalında Türkiyə dronunu vurub + FOTO
Amerika koalisiyasının müdafiə sistemləri Suriyanın şimal-şərqində yerləşən bazada Türkiyə ordusuna məxsus dronu vurub.
Amerika koalisiyasının müdafiə sistemləri Suriyanın şimal-şərqində yerləşən bazada Türkiyə ordusuna məxsus dronu vurub.
Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında Tulkərəm yaxınlığında baş verən silahlı qarşıdurma zamanı iki fələstinli şəhid olub.
Türkiyə ordusunun dronları Suriyanın şimalına hücumlarının davamında Həsəkə vilayətindəki məntəqələri hədəf alıb.
Türkiyə ordusunun İraqın şimalındakı hədəflərə aviazərbələrinin artdığı bir vaxtda İraqın müdafiə naziri Sabit Məhəmməd Əl-Abbasi yüksək rütbəli hərbi heyətin başında Türkiyəyə rəsmi səfər edib. Bu səfər Türkiyənin müdafiə naziri Yaşar Gülərin dəvəti ilə həyata keçirilib. Bildirilib ki, İraq və Türkiyənin müdafiə nazirləri təhlükəsizlik və müdafiə məsələlərini, müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
İran prezidenti Azərbaycan Respublikası və Ermənistan rəsmiləri ilə görüşündə İranın “Zəngəzur dəhlizi”nə və “əcnəbilərin bölgəyə ayaq açmasına” qarşı olduğunu vurğulayıb.
Spin Buldak-Çaman sərhəd keçid məntəqəsində Pakistanın əsir mübadiləsi proqramının dayandırılmasından sonra Taliban silahlıları Pakistan sərhədçiləri ilə 14-cü dəfə toqquşub.
Türkiyə ordusunun Suriyanın Həsəkə vilayətində yerləşən Safiya bölgəsindəki kərpic zavoduna dron hücumu nəticəsində azı 4 mülki şəxs yaralanıb. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Çin hökumətinin dəvəti ilə Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Trans-Himalay Forumunun üçüncü iclasında iştirak etmək üçün iqtisadi nümayəndə heyətinə başçılıq edib.
Ankarada mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında törədilən kamikadze partlayışı və terror aktına toxunaraq deyib: “Bundan sonra PKK terror qruplaşmasının İraq və Suriyadakı bütün mövqeləri Türkiyə Silahlı Qüvvələri üçün qanuni hədəflər sayılır”.
Aali-Dəmaşiqə qəbiləsinin silahlıları Vadi Ubeydə bölgəsindəki Safir neft yatağında yerləşdirilib. Bu addım Səudiyyə Ərəbistanının göstərişi ilə İslah partiyası silahlılarının (istefa vermiş hökumətə bağlı) yerləşdirilməsinə və Safir neft yatağının mühasirəyə alınmasına cavab olaraq həyata keçirilib. Aali-Dəmaşiqə qəbiləsi ilə istefa vermiş hökumət qüvvələri arasında gərginlik artıq ikinci həftədir ki, davam edir və qəbilə silahlıları neft və qaz […]
Hərbi gücünü gücləndirmək üçün davam edən raket sınaqlarına uyğun olaraq Fələstin müqaviməti dənizə doğru bir neçə raket atıb.
Qərb mediası bəzi sızdırılmış sənədlərə istinad edərək iddia edib ki, ABŞ və Ukrayna prezidenti İŞİD məhbuslarından Ukraynada ruslara qarşı müharibə məqsədilə istifadə etməyə çalışır.