Xəbərlər - İslam Dünyası Xəbərləri

Cümə axşamı 14 Aprel 2022 - 23:44

Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 14 Aprel 2022

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Kabildə və Bəlx, Qəndəhar və Hərat əyalətlərində İran səfirliyi və konsulluqlarının bağlanması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Cümə axşamı 14 Aprel 2022 - 23:26

Mariupol şəhərindəki son vəziyyət, 14 Aprel 2022

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Mariupol şəhərində Ukrayna qüvvələrinin mühasirəsi daha da çətinləşib və hazırda Ukrayna ordusunun 5 minə yaxın üzvü şəhərdə çətin vəziyyətdədirlər.

Cümə axşamı 14 Aprel 2022 - 23:25

Ukraynaya 800 milyon dollarlıq hərbi yardımın təfərrüatları açıqlanıb

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım göndərməyə razılıq verib və ABŞ-ın Ukraynaya zenit sistemləri, pilotsuz təyyarələr və tank əleyhinə raketlər də daxil olmaqla daha çox hərbi yardım göndərməyi planlaşdırdığını bildirib.

Cümə axşamı 14 Aprel 2022 - 22:54

Son 24 saatda 5 fələstinli şəhid olub

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif yerlərində beş fələstinli İsrail əsgərləri tərəfindən güllələnib.

Cümə axşamı 14 Aprel 2022 - 18:27

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Əllinci Günü, 14 Aprel 2022

– Mariupol şəhərində İlyiç adlı dəmir-polad zavoduna rus ordusu hücum edib.Dünən Rusiya televiziyası Mariupoldakı İlyiç dəmir-polad zavodunda Ukrayna əsgərlərinin təslim olmasını əks etdirən kadrları yayımlayıb.Bununla bağlı Rusiya Müdafiə Nazirliyi Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6-cı briqadasının 1026 üzvü silahlarını Mariupolda yerə qoyaraq Rusiya qüvvələrinə təslim olduğunu açıqlayıb. – 9 aprel 2022-ci il tarixində Azofestal fabrikinin havadan […]

Cümə axşamı 14 Aprel 2022 - 06:35

Daş yağışlarından çiçək yağışlarınadək; Əfqanıstan xalqı muzdluların İranı təhqir etmələrini qınayıb!

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Kabil əhalisi İranın Əfqanıstandakı diplomatik mərkəzlərinin təhqir olunmasına cavab olaraq, İran səfirliyi qarşısına toplaşaraq, İranın dəstəyini yüksək qiymətləndirməklə yanaşı, bu yerə gül dəstələri səpiblər.

Ən Çox Müzakirə Olunan