Xəbərlər - İslam Dünyası Xəbərləri

Bazar 4 Dekabr 2022 - 16:49

İŞİD-in xəlifəsi Əbul Həsən Əl-Haşimi öldürüldü; O kim idi və nə etdi?

Son günlərdə İŞİD-in sözçüsü Əbu Ömər Əl-Mühacir “Fəyəqtulunə və Yuqtəlun” adlı dördüncü mesajında ​​İŞİD lideri Əbul Həsən Əl-Haşimi Əl-Qurəşinin ölümünü və Əbul Hüseyn Əl-Hüseyni Əl-Qurəşinin onun yerinə təyin olunduğunu açıqlayıb. Bu, ilk dəfədir ki, İŞİD Amerika iddiasından əvvəl öz əmirinin və ya xəlifəsinin ölümünü elan edir və bu onu göstərir ki, İŞİD liderini öldürən qrup və ya qüvvə kimi öldürdüklərini bilməyib. Əgər bilsəydi, bu xəbəri ən yaxşı şəkildə elan etməkdən mütləq faydalanardı!

Cümə 2 Dekabr 2022 - 18:53

İraqın şimalında bir türk əsgəri həlak olub

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin həlak olduğunu açıqlayıb.

Çərşənbə 30 Noyabr 2022 - 23:26

Ukraynada baş verən son hadisələr, 30 Noyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusunun Donetsk vilayətinin müxtəlif cəbhələrində yeni mərhələ hücumlarından sonra Baxmut qəsəbəsinin cənubunda yerləşən Kordiomyuka, Zelnopilia və Ozaranyuka məntəqələri və Lisiçanskın cənub-qərbindəki Spirne məntəqəsi rus qoşunları tərəfindən ələ keçirilib.

Çərşənbə 30 Noyabr 2022 - 21:27

Hələbin şimalındakı son hərbi vəziyyət; Türkiyənin kürd silahlılarına qarşı əməliyyatının başlamasına saylı anlar qalıb?!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirmək istədiyi yeni quru əməliyyatı, lazımi müqəddimələrin hazırlanmasına baxmayaraq, beynəlxalq və regional tərəflərin müxalifəti səbəbindən qeyri-müəyyən vəziyyətdə qalıb.

Çərşənbə 30 Noyabr 2022 - 20:27

Suriyada baş verən son hadisələr, 30 Noyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini Türkiyənin Suriyanın şimalına təkrar hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasından Ankara və Vaşinqtonu qüvvələrini Suriyadan çıxarmağa məcbur etməyi tələb edib.

Ən Çox Müzakirə Olunan