Əl-Qəssam sözçüsü: Düşmənin iddia edilən hərbi və təhlükəsizlik üstünlüyü vaxtı bitdi
Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib əl-Qəssamın sözçüsü Əbu-Ubeydənin sözlərinin bir hissəsi
Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib əl-Qəssamın sözçüsü Əbu-Ubeydənin sözlərinin bir hissəsi
Fələstində müharibənin başlamasının 22-ci günündə Qəzza zolağı ətrafında toqquşmalar və döyüşlər davam edir. Fələstinli döyüşçülər gün çıxana qədər Qəzza zolağının şimalındakı Hanun və Qəzza zolağının şərqindəki Əl-Bric arasındakı cəbhələrdə İsrail qüvvələrinin bütün gecə hücumlarını dəf edib. Gün ərzində qarşıdurmaların intensivliyi xeyli azalıb və toqquşmalar çox dağınıq və fasiləli şəkildə müşahidə olunub. Sahə dəlilləri və Qəzza […]
Bu gün İsrail ordusu Livanın cənub bölgələrinə hava, artilleriya və pilotsuz təyyarələrlə hücumlarını davam etdirərək Misra, Hula, Mis əl-Cəbəl, Əl-Dahira, Yarin, Ramieh və Əl-Nəqurah bölgələrini hədəfə alıb. Həmçinin, Halta və Beyt Leif bölgələri də İsrail qırıcılarının hücumuna məruz qalıb. Hizbullah həmçinin Rişa və Əl-Cərda bölgələrinə və İsrailin Marqolit təpəsində yerləşən Hunin məntəqəsinə idarə olunan raketlə […]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinə dəstək yürüşündə təəccüb doğuran və düşündürücü açıqlama verib: “Burada biz təkcə Qəzzanın məhvini pisləmirik, həm də müstəqilliyimizi və gələcəyimizi müdafiə edirik. Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana qədər bir çox bölgənin xalqı üçün göz yaşı tökür, müxtəlif bölgələrdəki qardaş və bacılarımızın acılarına şərik olduğumuz kimi, Qəzzanı […]
Ötən gecə İsrail ordusu Qəzza zolağına bu ərazinin şimal, şərq və cənub-şərqindən üç istiqamətdə hücum edib. Bu hücumlar şimal istiqamətdə Beyt Hanun bölgəsində, şərq cəbhəsində Əl-Bric bölgəsində və cənub-şərq cəbhəsində Xan Yunis şəhərinin ətrafında baş verib.
Sionist rejim mediası Yəmənin Ənsarullah hərəkatının işğal olunmuş Fələstinin cənubunda yerləşən Eylat bölgəsinə irimiqyaslı dron və raket hücumu və İsrailin müdafiə sistemləri və qırıcılarını hücumu dəf etmək üçün intensiv fəaliyyət göstərdiyini bildirib.
HƏMAS hərəkatı bəyanat yayaraq, Qəzzaya dəstək olmaq və Qəzzada cinayətkar və soyqırım hücumlarını dayandırmaq üçün İordan çayının qərb sahili və işğal olunmuş Qüdsü və 1948-ci ildəki əraziləri və xaricdəki fələstinliləri ümumi səfərbər etməyə çağırıb.
Sionist rejim qırıcıları Qəzza zolağının şimalında yerləşən Cəbəliya bölgəsində İndoneziya düşərgəsi ətrafındakı binaları davamlı olaraq bombalayıb.
İsrail rejiminin Qəzza zolağında vəhşicəsinə bombardmanları nəticəsində ötən gecə Qəzza şəhərinin Əl-Şati məhəlləsində yaşayış bölgəsinin bombalanması nəticəsində 100-dən çox fələstinli şəhid olub. Bu şəhidlər İsrail rejiminin bombardmanlarından xilas olmaq üçün bu qalaya sığınan başqa bölgələrdən olan qaçqınlar idi.
İsrail ordusu ilə Fələstin müqavimət qüvvələrinin quru toqquşmaları qarşılıqlı atışma və artilleriya hücumları ilə davam edir.
Həsəkə vilayətində yerləşən Xarab Əlcir kəndindəki Amerika hərbi bazası son saatlarda ikinci dəfə müqavimət qrupları tərəfindən hücuma məruz qalıb.
Suriyadakı Amerika terrorçu ordusuna aid Ət-Tənəf bazası İraq İslam Müqaviməti qüvvələrinin dronlarının hücumu ilə hədəfə alınıb.