Hərbi Məlumat - İslam Dünyası Xəbərləri

Çərşənbə 19 İyul 2023 - 19:00

Hərbi Məlumat: Şahid 171 Dronu (Simurq) və Məxfi Şahid Dron Ailəsi

Şahid 171 dronu və məxfi Şahid dron ailəsi Amerikanın RQ-170 dronundan əks mühəndislik və modelləşdirilmiş dronlardır. Bu dronlara Şahid 171, Şahid 181, Şahid 191, Şahid 161 və Şahid 141 adlı beş model daxildir. Bu beş dronun əsas fərqi onların ölçüləri və mühərrik növüdür. Bu dron İran İslam Respublikasının Şahid Hava Sənayesi və SEPAH Hərbi Hava Qüvvələri tərəfindən istehsal olunur. İran yeganə ölkədir ki, indiyədək belə məxfi Baldis dronlarını əsl döyüş meydanında sınaqdan keçirib.

Çərşənbə axşamı 18 İyul 2023 - 06:43

Hərbi Məlumat: GLSDB idarə olunan raketi

GLSDB raketi yerüstü aşağı diametrli idarə olunan bombadır. Bu bomba M26 raketi ilə SAAB və Boeing şirkətləri tərəfindən istifadə olunmaq və yerdən atılmaq üçün hazırlanmış və istehsal edilmiş GBU-39 aşağı diametrli bombanın birləşməsidir.

Bazar 2 İyul 2023 - 16:38

Hərbi Məlumat: Storm Shadow Qanadlı Raketi

“Storm Shadow” qanadlı raketi gizli, orta mənzilli, havadan buraxılan raketdir, çəkisi 1300 kq və maksimum mənzili 560 km-dir. Bu məhsulun istehsalçıları İngiltərə və Fransadır; 2001-ci ildən Avropanın çoxmillətli raket istehsalçısı olan MBDA şirkəti tərəfindən istehsal olunur.

Cümə axşamı 29 İyun 2023 - 19:45

Hərbi Məlumat: Challenger 2 Tankı

FV4034 Challenger 2 tankı 1998-ci ildən Kral Britaniya Ordusu üçün BAE Systems Platforms & Services şirkəti tərəfindən istehsal olunan Britaniyanın Əsas Döyüş Tankıdır (MBT). Bu tank Britaniya Ordusunda xidmət edən üçüncü “Challenger” ünvanlı tankıdır.

Bazar 25 İyun 2023 - 17:59

Hərbi Məlumat: PARM tank əleyhinə mina

PARM minası, yerə yerləşdirilməsi lazım olmayan, qısa mənzilli zirehli texnika əleyhinə raket kimi dizayn edilmiş, Almaniya istehsalı olan, yol kənarına yerləşdirilən tank əleyhinə minadır. PARM “Panzer Abwehr Richt Mine” sözünün qısaldılmış şəklidir və tank əleyhinə istiqamətli mina deməkdir. Bu mina 1988-ci ildən Alman ordusu (Bundesver) tərəfindən istifadə olunur.

Şənbə 24 İyun 2023 - 08:46

Hərbi Məlumat: Anadolu Amfibiya Gəmisi (TCG Anadolu)

Anadolu amfibiya gəmisi (TCG Anadolu); Landing Platform Dock (LPD) proqramına əsaslanan və 1000 əsgər və şəxsi heyət, səkkiz yardımçı helikopter, üç dron, 13 tank və 81 zirehli texnikadan ibarət batalyon böyüklüyündə bir qüvvənin Türkiyə yaxınlığındakı üç dənizdə kritik bölgələrdə yerləşdirilməsi nəzərdə tutulmuş amfibiya hücum gəmisidir. Anadolu adı Anadolu yarımadasının adından götürülüb. Anadolu yarımadası Türkiyənin quru hissəsinin böyük bir həcmini təşkil edir. TCG Anadolu gəmisi Sədəf Gəmiqayırma Zavodu (Sedef Shipbuilding Inc) tərəfindən istehsal edilib və cari ildən xidmətə verilib.

Çərşənbə 21 İyun 2023 - 18:38

Pulemyot Hekzakopter; İranın sərhəd mühafizəsini tez və ucuz şəkildə gücləndirmək üçün həll yolu + FOTO

İranın sərhəd mühafizə qüvvələrinin hazırkı texnikasını araşdırdıqda görünür ki, yüngül gülləkeçirməz jiletlər, həmçinin yeni silahlar, Toyota əvəzinə Tufan və Kia kimi zirehli maşınlar İran sərhədçilərinin əsas ehtiyaclarıdır. Bunlar sərhədləri tam təhlükəsiz olmayan istənilən ölkənin gündəlik ehtiyaclarıdır və əlavə olaraq, İranın dron sənayesinin gündəlik inkişafı sərhəd təhdidlərinə çox sürətli cavab verir. Bunun əsasında biz İranın Silahlı […]

Cümə 16 İyun 2023 - 16:18

Hərbi Məlumat: Fəttah Hipersəs Raketi

“Fəttah” raketi iyunun 6-da Tehranda keçirilən xüsusi mərasim zamanı nümayiş etdirilən İranın hipersəs raket seriyasının ilk nümunəsidir. Orta fazada 13 maxdan çox, hədəfi vurmazdan öncəki son fazada isə 5 maxdan yüksək sürətə malik, həmçinin hədəfdən 100 kilometr əvvəl manevrlər edə bilən bu raket İranın raket arsenalında böyük inkişaf hesab olunur. Əslində “Fəttah” raketi son dərəcə təkmil olunmuş ballistik raketdir. Bu raket son mərhələ və ya MaRV-da (Maneuverable Reentry Vehicle) müxtəlif manevrlər edə bilir. Bu raketin bütün manevrləri və vurma zamanı hipersəs raketləri kateqoriyasına daxil olması üçün, 5 max və daha çox sürəti saxlamağa çalışılıb.

Bazar 11 İyun 2023 - 23:36

Hərbi Məlumat: Kərrar Dronu

Kərrar dronu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri və SEPAH Aerokosmik Qüvvələri də daxil olmaqla İran İslam Respublikası Ordusunun və SEPAH-nın bir çox hərbi hissələrinin xidmətində olan, turboreaktiv mühərrikli İranın çoxməqsədli dronudur. Kərrar, İranın turboreaktiv mühərrikli dronların yaradılması üzrə ilk təcrübəsi, eləcə də İranın geniş çeşiddə silah daşıya biləcək ilk döyüş dronudur.

Bazar ertəsi 29 May 2023 - 23:31

Hərbi Məlumat: Xürrəmşəhr-4 (Xeybər) Raketi

Xürrəmşəhr-4 ballistik raketi İran Müdafiə Nazirliyi tərəfindən 2023-cü il mayın 25-də nümayiş etdirilən Xürrəmşəhr seriyalı raketlərin dördüncü nəslidir. Bu raketin mənzili 2000 km-dir və onun 1500 kq döyüş başlığı İran raketlərinin ən ağır döyüş başlıqlarından biri hesab olunur. Hiperqalik yanacağın istifadəsi, qabaqcıl “Ərvənd” mühərriki, atmosferdən kənarda 16 max, atmosfer daxilində 8 max sürəti, atmosferdən kənarda orta fazada döyüş başlığını idarə etmək qabiliyyəti Xürrəmşəhr-4 raketinin özəl xüsusiyyətlərindəndir.

Bazar 28 May 2023 - 18:41

Hərbi Məlumat: Pantsir-S2 Hava Hücumundan Müdafiə Sistemi

Pantsir qısa mənzilli müdafiə sistemi yer-hava raketləri və zenit artilleriyasının birləşməsindən ibarət özüyeriyən müdafiə sistemidir. NATO-da SA-22 Greyhound adlı bu sistem Rusiyanın Tula şəhərində yerləşən KBP dizayn şirkəti tərəfindən layihələndirilib və istehsal olunub.

Ən Çox Müzakirə Olunan