Orta Asiya Və Pasifik - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 20 Sentyabr 2022 - 14:48

Qırğızıstan və Tacikistan sülh sazişi imzalayıblar

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Kamçibek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Saimumin Yatimov iki ölkə arasında sülh və atəşkəs sazişi imzalayıblar.

Bazar ertəsi 19 Sentyabr 2022 - 23:46

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İki Yüz Səkkizinci Günü, 19 Sentyabr 2022

– Ukraynaya F-16, Patriot və MQ-1 göndərilməsi ilə bağlı danışıqlar davam edir!Qərb mediası iddia edib ki, Ukrayna ABŞ-dan Patriot sistemləri, F-16 qırıcı təyyarələri və MQ-1C dronları kimi qabaqcıl silahları açıq şəkildə tələb etməyi dayandırıb, lakin pərdə arxasında döyüşün gedişatını dəyişdirə biləcək silahların alınması üçün danışıqları davam etdirir.Ukrayna hökumət rəsmilərinin açıqlamasına görə, Pentaqon rəsmiləri və müdafiə […]

Bazar ertəsi 19 Sentyabr 2022 - 21:39

Ukrayna ordusu: Rusiya İranın hücum dronlarından istifadə edib!

Ukrayna hərbi rəsmiləri çərşənbə axşamı, sentyabrın 13-də elan ediblər ki, onlar ilk dəfə olaraq bu ölkənin şərqindəki Kupyansk cəbhəsində Rusiya ilə döyüş meydanında İran istehsalı olan “Şahid-136” kamikadze dronunu vurublar. Buna görə də Ukrayna hakimiyyətinin rəsmi təsdiqi ilə bu, İranın “Şahid-136” dronunun Yaxın Şərqdən kənarda ilk dəfə görünməsidir.

Bazar 18 Sentyabr 2022 - 20:59

DQDK-nın biyabırçı bəyanatı

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, DQDK son günlərdə həyatlarını itirmiş əsgərlərin dəfn mərasimində dini şuarlar səsdəndirənləri xarici qurumlara bağlayaraq onları qaragüruhçular adlandırıb.

Bazar 18 Sentyabr 2022 - 17:38

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İki Yüz Yeddinci Günü, 18 Sentyabr 2022

– “Maxar” peyk şirkəti 24 mart və 29 avqust tarixlərində İzyum şəhərindəki Pişanske qəbiristanlığı və onun ətrafındakı meşənin peyk şəkillərini yayımlayaraq, rus ordusu tərəfindən dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyini iddia etdi.Ukrayna mətbuatının məlumatına görə, bu qətliam rusların Xarkov vilayətinin şərq rayonlarından geri çəkilməmişdən əvvəl baş verib və Ukrayna qüvvələri İzyumda kütləvi məzarlıq aşkar edərək, […]

Bazar 18 Sentyabr 2022 - 14:31

Nensi Pelosi: “Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını qətiyyətlə pisləyirik”

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Meydan TV-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib: “Vaşinqton demokratiya ilə avtokratiya arasındakı qlobal mübarizədə Ermənistana kömək və dəstək vermək istəyir. Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik”.

Bazar 18 Sentyabr 2022 - 14:05

Azərbaycan 32 erməni əsgərinin meyitini Ermənistana təhvil verib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı bəyanatda bildirilir ki, sentyabrın 12-dən 14-dək sərhəddə baş vermiş toqquşmalarda həlak olmuş 32 erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib.

Şənbə 17 Sentyabr 2022 - 20:30

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İki Yüz Altıncı Günü, 17 Sentyabr 2022

– Ötən gün günortadan sonra Xersonun qərb cəbhəsində yerləşən Pravdina kəndində Rusiya ordusunun müdafiə xəttini yarmaq üçün Ukrayna ordusunun hücumu uğursuzluqla nəticələnib. Onlayn xəritədə baxın – “The Wall Street Journal”ın Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş artilleriyasının komandiri polkovnik Rodyan Kolaqinə istinadən verdiyi məlumata görə, Rusiya İranın Şahid 136 Bal Delta dronlarını Rusiya silahlarının rənginə boyayaraq; həmçinin […]

Ən Çox Müzakirə Olunan