Orta Asiya Və Pasifik - İslam Dünyası Xəbərləri

Bazar 23 Oktyabr 2022 - 19:41

Orta Asiyada baş verən son hadisələr, 23 Oktyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bədəxşan əyalətində anti-Taliban qruplarının fəaliyyətlərinin artması və Talibanın tacik cəbhə komandirlərinin bu qruplara qoşulmasından sonra Ərğəncxah, Şəğnan, Rağistan, Ergu və Mayimi şəhərlərində Taliban silahlıları ilə Əhməd Məsud qüvvələri arasında qarşıdurmalar artıb.

Şənbə 22 Oktyabr 2022 - 22:38

Rusiyanın Şərqə istiqamətlənməsi Amerika hegemonluğuna son qoyacaq

Bu, yeni soyuq müharibə deyil, daha çox qlobal keçiddir: müstəmləkə hökmranlığı və dünya müharibələri ilə kök salmış avrosentrik dünyadan, qlobal hegemon kimi ABŞ-ın öz nizamını tətbiq etdiyi dünyadan – yeni çoxqütblü dünya nizamına, hansı ki, Çin, Rusiya, İran, Türkiyə və onların dostları rəhbərlik edəcək. Bu barədə “The Jerusalem Post” yazır.

Şənbə 22 Oktyabr 2022 - 22:32

Rusiya niyə İrandan silah alır?

Ukraynadakı döyüş şəraitində son aylarda baş verən əsas dəyişikliklərdən biri də odur ki, Kiyev rejiminin qüvvələri yayılıb, hətta müəyyən mənada mərkəzləşdirilib. Bu, müasir raketlərin, o cümlədən hipersəs raketlərinin istifadəsinə haqq qazandıran yüksək prioritet hədəflərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Cümə 21 Oktyabr 2022 - 20:01

İran və Ermənistan xarici işlər nazirləri görüşüb

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası xarici işlər nazirinin Ermənistanın xarici işlər naziri ilə görüşü zamanı Ermənistan tərəfinin İran tərəfindən hərbi təchizat almaq üçün rəsmi tələb təqdim etməsi ilə bağlı şayiələr yayılıb.

Cümə 21 Oktyabr 2022 - 14:31

Mərkəzi Asiya ölkələri Əfqanıstanın şimalında terrorçuların toplanmasından qorxur

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mərkəzi Asiya ölkələrinin rəsmiləri “Terrorizmlə Mübarizə üzrə Beynəlxalq və Regional Əməkdaşlıq, Təhlükəsizlik və Sərhədlərin İdarə Edilməsi” çərçivəsində keçirilən görüşdə Əfqanıstanın şimalında terror qruplaşmalarının yaradılması və onların mümkün təhdidlərindən narahat olduqlarını bildiriblər.

Bazar ertəsi 17 Oktyabr 2022 - 23:50

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov Mirsaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Ən Çox Müzakirə Olunan