Orta Asiya Və Pasifik - İslam Dünyası Xəbərləri

Cümə axşamı 28 Sentyabr 2023 - 12:51

Talibanın kəşfiyyat direktoru Kabilin Şakardara rayonunda öldürülüb

Əhməd Məsud qüvvələrinin Kabilin Şakardara rayonunda yerləşən Muradbeq kəndində Taliban silahlılarını daşıyan avtomobilə qarşı pusqu qurması nəticəsində Şakardara rayonunun kəşfiyyat direktoru Qari Bismillah da daxil olmaqla 3 Taliban silahlısı öldürülüb. Qari Bismillah Talibanın Şakardara rayonunun kəşfiyyat direktoru kimi eyni zamanda Kabil şəhərində Taliban polisinin təhlükəsizlik komandanlığının cinayət axtarış şöbəsinin müavini olub. Talibanın təhlükəsizlik və kəşfiyyat […]

Çərşənbə 27 Sentyabr 2023 - 13:09

İran və Rusiya prezidentləri arasında Qarabağdakı son hadisələrlə bağlı telefon söhbəti olub

Rusiya Prezident Aparatının hesabatına görə, Vladimir Putin Höccətül-İslam vəl Müslüm İran prezidenti İbrahim Rəisi ilə Qafqaz regionunda baş verən son hadisələrlə bağlı telefon danışığı aparıb. Bu söhbətdə Putin İran prezidentinə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti barədə məlumat verib. Rəisi 3+3 regional planını (Qafqaz regionu ölkələri + İran, Rusiya və Türkiyə arasında regional danışıqlar) vurğuladı və […]

Çərşənbə axşamı 26 Sentyabr 2023 - 13:52

Pakistan ordusu Hayber-Paxtunxva əyalətində Təhrik-e-Talibana qarşı əməliyyat keçirib + FOTO

Təhrik-e-Taliban Pakistan (TTP) ilə Pakistan Ordusu qüvvələri arasında Hayber-Paxtunxva əyalətinin Tirah məntəqəsində baş verən toqquşmadan sonra qruplaşmanın cəbhə komandirlərindən biri Kifayət Tur Ədnan da daxil olmaqla üç Təhrik-e-Taliban silahlısı öldürülüb. Kifayət Tur Ədnan Pakistan ordusu qüvvələrinin mövqelərinə qarşı bir neçə terror hücumunun planlaşdırılmasına və Hayber-Paxtunxva əyalətində Pakistan hökuməti ilə əməkdaşlıq etdiyi iddia edilən dinc sakinlərin […]

Bazar 24 Sentyabr 2023 - 11:07

Taliban hökumətinin Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən biri öldürülüb + FOTO

Sentyabrın 21-də naməlum silahlı şəxslər Əfqanıstanın paytaxtı Kabilin ikinci rayonunda yerləşən Şeş Darq məhəlləsində Müdafiə Nazirliyinin qərargahı yaxınlığında Taliban hökumətinin müdafiə nazirinin müavini general Mali Xanın köməkçisi Qari Hecranı qətlə yetiriblər. Taliban mediası Qari Hecranın ölümünün silah təmizləyərkən səhv atəş nəticəsində baş verdiyini bildirsə də, Əhməd Məsud qüvvələrinin xəbər mənbələri bu şəxsin Kabildəki Mahmud Xan […]

Ən Çox Müzakirə Olunan