Orta Asiya Və Pasifik - İslam Dünyası Xəbərləri

Bazar 1 Oktyabr 2023 - 14:34

Kəraçidə “Ləşkər-e-Taibə”nin yüksək rütbəli üzvü öldürülüb + VİDEO

Naməlum silahlı şəxslər Pakistanın Kəraçi şəhərinin Sohrab Qus bölgəsində “Ləşkər-e-Taibə” terror qruplaşmasının yüksək rütbəli üzvlərindən biri və bu qruplaşmanın lideri Hafiz Səidə yaxın şəxslərdən biri olan müfti Qeysər Faruku qətlə yetiriblər. Müfti Qeysər Faruk Kəraçinin Sohrab Qus bölgəsindəki Əbu Bəkr Məscidi və Mədrəsəsini ziyarət edərkən motosiklet sürən silahlı şəxslər tərəfindən hədəfə alınıb. Bu hücum zamanı […]

Şənbə 30 Sentyabr 2023 - 13:06

CENTCOM komandiri Mərkəzi və Cənubi Asiya ölkələrinin yüksək rütbəli hərbçiləri ilə görüşüb + FOTO

ABŞ Ordusu Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurila Daşkənd görüşü zamanı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Pakistanın müdafiə nazirləri və hərbi rəhbərləri ilə görüşüb və müzakirələr aparıb. Bu görüş ABŞ və Özbəkistan tərəfindən birgə keçirilib və regional təhlükəsizlik məsələləri və hərbi əməkdaşlığın daha da gücləndirilməsi ətrafında baş tutub. Bu görüşdə general Kurila […]

Şənbə 30 Sentyabr 2023 - 07:06

“Təhrik-e-Taliban” Əfqanıstan ərazisindən yenidən Pakistan ordusuna hücum edib

Təhrik-e-Taliban Pakistan (TTP) tərəfindən Bəlucistan əyalətinin Jub məntəqəsindəki Sambaza məhəlləsində Pakistan ordusu qüvvələrinə təşkil edilən hücumda 4 Pakistan Sərhəd Mühafizəsi (FC) əsgəri və 3 Təhrik-e-Taliban silahlısı həlak olub, 5 pakistanlı əsgər isə yaralanıb. Təhrik-e-Taliban silahlıları Jub bölgəsində yerləşən Sambaza sərhədinin sıfır nöqtəsində Əfqanıstan sərhədini keçərək Pakistan ərazisinə daxil olaraq Pakistan Ordusunun sərhəd mühafizə qüvvələrinə hücum […]

Şənbə 30 Sentyabr 2023 - 06:59

Təhrik-e-Taliban Pakistan, Mastunq və Pişavərdəki terror aktlarını pisləyib

Təhrik-e-Taliban Pakistan (TTP) bəyanat yayaraq, Mastunq və Pişavər şəhərlərində dini toplantılara qarşı törədilən terror aktlarını pisləyərək, bu qruplaşma və onun alt qrupları silahlılarının bu hücumlarda iştirakını inkar edib. Təhrik-e-Taliban bu bəyanatında məscid və dini mərasimlər də daxil olmaqla, ictimai yerlərə hücumun bu qruplaşmanın cihad siyasətlərinə zidd olduğunu bildirib.

Şənbə 30 Sentyabr 2023 - 06:47

Pakistanda ikinci terror aktı; Pişavərdə ibadət edənlər qana boyanıblar + VİDEO

Pişavərin Hanqu bölgəsindəki məscidə silahlı hücum və kamikadzenin partlaması nəticəsində 15 mülki şəxs şəhid olub və yaralanıb. Bu terror aktının əvvəlində hücum edənlərdən ikisi Hanqu məscidinə hücum edib, daha sonra üçüncü şəxs kamikadze hücumu edərək namaz qılanların arasında özünü partladıb. Digər iki hücumçu da məscidin təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra öldürülüb. Bu, dünən Pakistanın müxtəlif […]

Cümə 29 Sentyabr 2023 - 12:05

Qarabağ danışıqlarının nəticəsi; Azərbaycan hökumətinə yaxın mənbə nə deyir?

Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsi erməniləri arasında aparılan danışıqların nəticələri və Qarabağ bölgəsinin hüquqi statusunun taleyi Azərbaycan Beynəlxalq Araşdırmalar Mərkəzi və Azadlıq Radiosunun Azəri bürosunun analitiki Fərid Şəfiyevin müzakirə mövzusu olub. Hakimiyyətə yaxın mənbə hesab edilən Şəfiyev rusların Qarabağ bölgəsində olmasının qatı əleyhdarlarından biridir. O, təkcə Azərbaycan hökumətinin mövqelərini deyil, sentyabrın 26-da çərşənbə axşamı bağlı qapılar arxasında keçirilən danışıqlarda razılaşmanın bəndlərini ortaya qoyan bəzi məqamları dilə gətirib.

Cümə 29 Sentyabr 2023 - 11:20

Qarabağ; Ermənilər “Artsax”la vidalaşırlar! + VİDEO

Qarabağ bölgəsindən əldə olunan son məlumata görə, Qarabağ bölgəsindən olan 53649 erməni Laçın yolu ilə Ermənistana daxil olub. Azərbaycan Respublikasının sərhəd zastavasından hər saat 400-ə yaxın adam yoxlanılmadan Ermənistana gedir və ötən aylarda ciddi nəzarətdən xəbər yoxdur. Həkəri körpüsünün o biri tərəfində isə Ermənistan polisi yalnız yük maşınlarını yoxlayır. Dünən cümə axşamı on minlərlə insan […]

Ən Çox Müzakirə Olunan