Orta Asiya Və Pasifik - İslam Dünyası Xəbərləri

Cümə 23 İyun 2023 - 11:02

TTP mediası qadınların işgəncələrini əks etdirən video yayımlayaraq Pakistan hökumətinə hücum edib + FOTO və VİDEO

“Təhrik-e-Taliban Pakistan” qruplaşmasının media qolu olan Ömər Media, Pakistan hökumətinin saxlanma mərkəzlərində etiraz edən gənclər və qadınların işgəncələrə məruz qalması, eləcə də Pakistan təhlükəsizlik qüvvələrinin Pakistanda son iğtişaşlar zamanı qadınlara qarşı zorakılığını əks etdirən videonu dərc edərək bu ölkə hökumətini tənqid edib. Həmçinin, bu hökuməti Çingiz, Hülakü Xan və Firon hökumətləri ilə müqayisə edib.

Cümə axşamı 22 İyun 2023 - 06:43

Qazaxıstanın paytaxtında Astana Beynəlxalq Toplantısının 20-ci mərhələsi keçirilib

Qazaxıstanın paytaxtında keçirilən 20-ci Astana toplantısının sonunda İran İslam Respublikası, Rusiya, Suriya və Türkiyə nümayəndələri Suriyanın suverenliyi, müstəqilliyi, bütövlüyü və regional təhlükəsizliyinə davamlı sadiqliyini, terrorizmlə mübarizədə birgə əməkdaşlığı davam etdirməyi vurğulayaraq, qətiyyətlərini açıqlayıblar.

Çərşənbə 21 İyun 2023 - 21:07

İmran Xanın yenidən həbsinə dair qərar verildi

Pəncab əyalətinin mərkəzi olan Lahur şəhərinin Terrorla Mübarizə Məhkəməsi keçmiş baş nazir İmran Xan və Təhrik-e-İnsaf Pakistan Partiyasının bir neçə liderini may ayında iğtişaşları idarə etmək və ictimai əmlaka ziyan vurmaqda ittiham edərək həbs qərarlarını verib. Bu hökmdə zəmanət qəbul edilmir və təqsirləndirilən şəxslər Təhrik-e-İnsaf Pakistan Partiyası tərəfdarlarının iğtişaşlarına cavab vermək üçün təhlükəsizlik qüvvələri tərəfindən […]

Çərşənbə 21 İyun 2023 - 19:14

Odun qaçaqmalçılığı ilə bağlı Taliban daxilində qarşıdurma yaşanıb!

Əfqanıstanın Kunar əyalətinin mərkəzi Əsədabad şəhərində Taliban silahlıları arasında baş verən daxili qarşıdurma nəticəsində kəşfiyyat və təhlükəsizlik komandanlığının və Taliban qubernatorluğunun bir neçə silahlısı öldürülüb və yaralanıb. Bu daxili münaqişənin səbəbi Kəşfiyyat İdarəsinin silahlı şəxslərinin və Taliban təhlükəsizlik komandanlığının Kunarda Taliban qubernatoru tərəfindən odun qaçaqmalçılığının qarşısının alınmasıdır.

Çərşənbə axşamı 20 İyun 2023 - 22:03

Laçın dəhlizində atışma; Bakıda hökumətin qabaqdan gəlmişliyi

Azərbaycan hökumətinin mətbuatı Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinə qarşı şifahi hücumları artırıb və bu qüvvələrin komandirlərini qanunsuz hərəkətlərdə açıq şəkildə ittiham edir. Bu hücumlar Rusiya Müdafiə Nazirliyinin Qarabağ bölgəsindəki Azərbaycan silahlı qüvvələrinin atəşkəs rejimini pozması halları barədə məlumat verdikdən sonra intensivləşib.

Ən Çox Müzakirə Olunan