Orta Asiyada baş verən son hadisələr, 5 Oktyabr 2023
Çin hökumətinin dəvəti ilə Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Trans-Himalay Forumunun üçüncü iclasında iştirak etmək üçün iqtisadi nümayəndə heyətinə başçılıq edib.
Çin hökumətinin dəvəti ilə Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Trans-Himalay Forumunun üçüncü iclasında iştirak etmək üçün iqtisadi nümayəndə heyətinə başçılıq edib.
ABŞ Ordusu Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurila Daşkənd görüşü zamanı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Pakistanın müdafiə nazirləri və hərbi rəhbərləri ilə görüşüb və müzakirələr aparıb. Bu görüş ABŞ və Özbəkistan tərəfindən birgə keçirilib və regional təhlükəsizlik məsələləri və hərbi əməkdaşlığın daha da gücləndirilməsi ətrafında baş tutub. Bu görüşdə general Kurila […]
Amerikanın Tacikistandakı səfirliyi Tacikistan Daxili İşlər Nazirliyinin qadın əməkdaşları üçün Virciniya Milli Qvardiyasının atışmalarına həsr olunmuş hərbi təlim kursunun keçirildiyini elan edib.
Çinin Əfqanıstandakı yeni səfiri Jao Xing prezident sarayında keçirilən mərasimdə etimadnaməsini Taliban hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda təqdim edib.
Əfqan-Trans dəmir yolu marşrutu Pakistanı Əfqanıstan vasitəsilə Özbəkistanla birləşdirən Orta Asiya regionunda ABŞ, Avropa və Rusiya tərəfindən dəstəklənən yeni layihədir. Bu dəmir yolu marşrutu əksər Qərb və Şərq ölkələrində regional bazarda üstünlük təşkil edəcək və İranın Əfqanıstandakı iqtisadi nüfuzuna mənfi təsir göstərəcək. Əfqan-Trans marşrutunun yeganə ziyanı İrana olacaq. Bu layihə Xuvaf – Hərat – Məzar-Şərif marşrutuna əks plan hesab oluna bilər.
Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib: “Mənim hökumətim federal parlamentin səlahiyyət müddətinin bitməsinə az qalmış hakimiyyəti başqa bir müvəqqəti hökumətə təhvil verəcək. Pakistanın Seçki Komissiyası sentyabr və ya oktyabrda növbəti parlament seçkilərinin tarixini elan edəcək”.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Talibanın Mədən və Neft (Xam Neft) naziri Moləvi Şahabuddin Delavər FChina şirkətinin rəhbəri ilə Əfqanıstanın Sərepol əyalətinin Qaşqari bölgəsində neft hasilatı ilə bağlı müzakirə aparıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Respublikası prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Moskavada Rusiya Federasiyasının evsahibliyi ilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sionist rejimin Tacikistan və Özbəkistandakı səfiri Zehavit Ben Hillel Azərbaycana 3 günlük səfərinin başa çatdığını elan edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin Özbəkistandakı səfiri Zehavit Ben Hillel Daşkənd Beynəlxalq Turizm Sərgisi 2022-yə səfəri zamanı Tacikistanın turizm məsələləri haqqında Turizmin İnkişafı Komitəsinin rəhbəri Tacuddin Curezadə ilə görüşüb və söhbət edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (OTS) üzv ölkələrin rəhbərlərinin toplantısı keçirilib. Azərbaycan Prezidenti öz çıxışında bu təşkilata üzv olan ölkələrin Azərbaycan Respublikasının siyasətində rol oynamağa çağırıb. İlham Əliyevin açıqladığı siyasətin bir hissəsi də İran və Ermənistan daxil olmaqla qonşularla gərginlik məsələsidir!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, rus-sionist taciri Leonid Nozlinin Ukrayna mediasına müsahibəsində İran dronlarının Özbəkistan ərazisində yığılması ilə bağlı iddiasını təkzib edib.