Orta Asiyada baş verən son hadisələr, 5 Oktyabr 2023
Çin hökumətinin dəvəti ilə Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Trans-Himalay Forumunun üçüncü iclasında iştirak etmək üçün iqtisadi nümayəndə heyətinə başçılıq edib.
Çin hökumətinin dəvəti ilə Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Trans-Himalay Forumunun üçüncü iclasında iştirak etmək üçün iqtisadi nümayəndə heyətinə başçılıq edib.
Əfqanıstanın Hindistandakı səfirliyi bir bəyanatda bildirib ki, maliyyə problemləri və ev sahibi hökumətin (Hindistan) dəstəyinin olmaması, o cümlədən Hindistanda yaşayan əfqan diplomatlar üçün vizaların uzadılmaması səbəbindən bu səfirliyin Yeni Dehlidəki bütün fəaliyyəti 1 Oktyabr Bazar günündən etibarən dayandırılıb. Bəzi yerli KİV-lər Əfqanıstanın Hindistandakı səfirliyinin bağlanmasını belə şərh edirlər ki, Hindistan bu səfirlikdəki əvvəlki Əfqanıstan hökumətinin […]
Azadlıq Döyüşçüləri Təşkilatının (Kəşmirdə fəaliyyət göstərən silahlı qruplaşmalardan biri) silahlıları Hindistan ordusunun Anantang bölgəsində yerləşən Kukarnaq məntəqəsindəki bazasına hücumu nəticəsində 1 hindistanlı əsgər həlak olub, 6 əsgər isə yaralanıb. Azadlıq Döyüşçüləri Təşkilatı (TRF) açıqlamasında bu hücumu Pakistanın nəzarətində olan Kəşmirin Ravalkot bölgəsində sentyabrın 9-da öldürülən bu qruplaşmanın liderlərindən olan Mövlana Əbu Qasimin öldürülməsinə cavab olaraq […]
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın Pakistana səfəri və bu ölkənin siyasi və hərbi rəsmiləri ilə görüşü zamanı iki ölkə arasında üç əməkdaşlıq sənədi imzalanıb və Kəraçidə bir prospektə İmam Xomeyninin (r.ə) adı verilib.
Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi Kabildə Britaniyanın Əfqanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Robert Çatterton Dikson ilə görüşüb və Talibanın tanınması, Britaniyadakı əfqan mühacirlərin problemləri və ölkənin Taliban müxalifətinə dəstək verməməsi barədə danışıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hindistanın şimalında yerləşən Prayaqrac şəhərində televiziyaya canlı müsahibə zamanı ekstremist hindular iki hind müsəlman siyasətçini qətlə yetiriblər.
Rusiya-NATO müharibəsi dünyanın siyasi arenasında baş verən hadisələrə çox ciddi təsir göstərməkdədir. Rusiyanın Ukrayna cəbhəsində irəliləməsi NATO-nu yeni planlar üzərində baş sındırmağa vadar edir. Belə ki, şiddətli döyüşlər zamanı istifadə olunan silah-sursat və insan resursu sürətlə azalan istiqamətə doğru hərəkət edir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Moləvi Əmir Xan Müttəqi və digər Taliban rəsmiləri İranın Kabildəki səfiri Həsən Kazemi Qominin başçılıq etdiyi İran diplomatik heyəti ilə görüşüb. Vizaların verilməsi sahəsində lazımi rahatlıq və sürəti yaratmaq, ticarət və kənd təsərrüfatı sahələrində yeni tədbirlər, siyasi məsələlər və digər mövzular barədə müzakirələr edilib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Əfqanıstanın Həratdakı konsulluğu “Sərdar Hacı Qasim Süleymaninin” şəhadətinin üçüncü ildönümü münasibətilə Hərat şəhərinin imkansız ailələri arasında 600 ərzaq paketi paylayıb.