İranla Azərbaycan “Xudafərin” və “Qız Qalası” SES-lərdə işlərin davam etdirilməsi haqda razılıq əldə edib
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi APA-ya istinadən xəbər verir ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan və İran üzvlərinin iştirakı ilə iclas keçirilib.