Amerika və Avropa - İslam Dünyası Xəbərləri

Şənbə 19 Avqust 2023 - 15:15

İngiltərə hərbçiləri Yəmənə daxil oldular

Yəmənin Həzərmut əyalətindəki yerli mənbələr İngiltərə ordusunun xüsusi təyinatlı qüvvələrinin Qil Bavzir rayonundakı Əş-Şin əkinçilik sahələrində müşahidə apardığını bildirib. İngilislər BƏƏ qüvvələrinin dəstəyi ilə bu əraziyə daxil olublar və bu sahələrdə baza yaratmaq niyyətində idilər, lakin onlar bu sahələr sahiblərinin narazılığı ilə üzləşiblər. Yəməndə müharibə başlayandan bəri İngiltərə əsgərlərinin Yəməndə olması ilə bağlı müfəssəl məlumat […]

Çərşənbə axşamı 15 Avqust 2023 - 20:41

Müqavimət cəbhəsi ilə mübarizə etmək üçün Amerika tərəfindən Burkan Əl-Furat qruplaşmasının yaradılması; Amerika suriyalı qəbilələri regionda öz piyadalarına çevirmək niyyətindədir?

Suriya terrorçularına yaxın mənbələr Amerika koalisiyasının dəstəyi ilə Suriya ordusunun Deyr əz-Zor əyalətindəki konvoylarına və müqavimət cəbhəsinin mövqelərinə hücum etmək üçün “Burkan Əl-Furat” adlı qruplaşmanın yaradıldığını açıqlayıb. Bu xəbərin Amerikanın Suriyada hərbi hərəkətlərinin artması və bəzi suriyalı qəbilələrlə görüşləri ilə eyni vaxtda dərc olunması bəzi fərziyyələri gücləndirir; Amerika suriyalı qəbilələri regionda öz piyadalarına çevirmək niyyətindədir?

Bazar 13 Avqust 2023 - 20:44

Amerika mediası: Rusiya İran dronlarının surətini çıxarır və onlardan Ukraynaya hücum etmək üçün istifadə edir

Bəzi Qərb rəsmiləri rusların Ukrayna müharibəsində İran dronlarından istifadə etdiyini iddia edərkən, Amerika mediası hərbi silah tədqiqatçılarına istinadən rusların İranın Şahid-136 dronlarını kopyalayıb Giran 2 adı ilə istifadə etdiyini bildirib. Bu etiraf İran hakimiyyətinin İranın Ukraynadakı müharibədə iştirak etməməsi və ya İran dronlarının orada mövcudluğu, Ukraynaya qarşı hücumlarda Şahid-136 dronlarının istifadə olunması ilə bağlı fikirlərin doğru olmadığı iddiasını təsdiqləyir.

Cümə axşamı 10 Avqust 2023 - 13:38

Fransa ordusu Niger ordusunun bazasına hücum edib

Niger mətbuatının məlumatına görə, dünən 9 avqust tarixində Liptako Gorem bölgəsindəki Niger ordusu bazasına hücumdan sonra Fransa ordusunun xüsusi təyinatlıları bu bazanın 16 terrorçu məhbusuna qaçmaq şəraiti yaradıblar. Həmçinin Fransa qırıcısı Çad sərhədindən Niger səmasına daxil olaraq ölkənin hava məkanını pozub. Niger Vətəninin Müdafiəsi üzrə Milli Şura Fransanın onların mövqelərinə hücumundan sonra bütün ölkə ərazisində […]

Ən Çox Müzakirə Olunan