Yəməndə baş verən son hadisələr, 6 İyul 2022

Çərşənbə 6 İyul 2022 - 06:56
https://az.iswnews.com/?p=9927

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Yəmənə gedən 1600 gəminin yoxlanıldığını elan edib və bu yoxlamaların davamı üçün 3,5 milyon dollarlıq yeni vəsaitin alınması şərtini qoyub.

1- Ədən:
Yəmənin istefa vermiş hökumətinin prezident şurasının rəhbəri Rəşad Əl-Əliminin göstərişi ilə 300 hərbi və zirehli texnikanın da olduğu “Əl-Yəmən Əl-Səid” qüvvələrinin böyük hərbi karvanı prezident sarayının və istefa vermiş hökumətin nazirlərinin təhlükəsizliyini təmin etmək üçün Şəbva əyalətindən Ədən şəhərinə gəlib.

2- Əl-Hudəydə:

– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 74 dəfə pozub.

– Səudiyyə koalisiyasının dronları Ənsarullahın Heysdəki mövqelərini 16 dəfə bombalayıb.

3- Əbyən:
Əbyən əyalətinin Loder şəhərində silah mağazasında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 32-dən çox insan yaralanıb.

Loder şəhərində silah mağazasında baş verən partlayışdan şəkillər

4- Ləhic:
Əl-Əmaləqə qüvvələrinin 8-ci briqadasının komandiri “Mohammed Əl-Əs”i daşıyan avtomobil Təbənin nəzarətindəki Əl-Fiyuş bölgəsində maqnit tipli bomba ilə hücuma məruz qalıb. Əl-Əs bu sui-qəsddən sağ çıxa bilib.

5- Səqotri:
Əmirliyin zabitləri və israilli müşavirləri daşıyan Əmirliyin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Hədibu hava limanına gəlib. Yerli mənbələrin məlumatına görə, bu şəxslər hərbi inşaat mühəndisləridir və onların bu səfərdə məqsədi Hədibu şəhərində Əmirlik-İsrail bazasının tikinti prosesini ziyarət etməkdir.

6- Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin sözcüsü “Stefan Ducarik”: “Yəməndə yoxlama və nəzarət mexanizminin bu ilin sonuna qədər fəaliyyətini davam etdirməsi üçün 3,5 milyon dollar lazımdır. Mövcud şərtlərin davam etdirilməsi ilə avqustun sonunda bu missiya dayandırılacaq və Qırmızı dəniz limanlarına ticarət mallarının göndərilməsi saxlanılacaq”. 2016-cı ildən bəri Birləşmiş Millətlər Təşkilatı Ənsarullahın nəzarətində olan bölgələrə ərzaq, yanacaq və digər ticarət malları kimi vacib əşyaların çatdırılmasını təmin etmək üçün 1600-dən çox gəmini yoxlayıb.

7- Yəməndə Minalarla Mübarizə İcra Mərkəzinin bəyanatına əsasən, 2022-ci ilin iyun ayında mina və bombaların partlaması nəticəsində həlak olanların sayı 62 şəhid və yaralıya çatıb. Bunlardan 19 şəhid və yaralı Əl-Hədidə vilayətinə aiddir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir