Hizbullah dronları İsrailə xəbərdarlıq etdi!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahı, Aralıq dənizinin şərqində yerləşən Kariş qaz yatağında İsrailin mövqelərinə 3 kəşfiyyat təyyarəsi göndərdiyini açıqlayaraq təsdiqləyib.
Sionist rejimin ordusu 2 iyulda yaydığı bəyanatda Aralıq dənizində işğal olunmuş Fələstin sularının şimalında yerləşən Kariş qaz yatağının yaxınlığında 3 pilotsuz təyyarənin tutularaq məhv edildiyini iddia edib. Bu pilotsuz təyyarələrdən biri qırıcı, digər ikisi isə döyüş gəmisi tərəfindən atılan raketlərlə məhv edilib. Livan İslami Müqaviməti bu iddiaya cavab olaraq, Aralıq dənizində sionist rejimlə mübahisəli bölgəyə yalnız üç kəşfiyyat dronunun göndərilməsini təsdiqləyib və bu məsələnin başqa təfərrüatlarını qeyd etməyib. Hizbullah bu əməliyyatı uğurlu hesab edərək, bu dronların öz missiyasını yaxşı və bəyənilən şəkildə yerinə yetirdiyini və nəzərdə tutulan mesajın İsrailə çatdırıldığını elan etdi.
Livan və sionist rejim arasında dəniz ərazisinin mülkiyyəti ilə bağlı sərhəd mübahisəsi və həmçinin təbii qaz enerjisi və neft kəşfiyyatı bu ərazilərdəki ixtilafın bir hissəsindədir. Amerikalıların vasitəçiliyi ilə İsrail qazma gəmiləri göndərmək və bu ümumi ehtiyatları toplamaq üçün Livan hökuməti ilə birbaşa danışıqlar aparmağa çalışır, lakin Livan Hizbullahı bu hərəkətləri Livana qarşı işğal və təcavüz kimi qiymətləndirir və bu istiqamətdə İsrailin hərəkətlərinə qarşı çıxacağını bəyan edib. Buna görə də Kariş sahəsinə kəşfiyyat xarakterli dronların göndərilməsi bir növ Hizbullahın Aralıq dənizinin şərqindəki son fəaliyyətlərinə görə İsrailə etdiyi xəbərdarlıqdır.
Daha çox oxuyun: Türkiyə və İsrail, Avropaya yeni enerji alternativi
Rəy