Suriyada baş verən son hadisələr, 26 İyun 2022

Bazar 26 İyun 2022 - 21:08
https://az.iswnews.com/?p=9382

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində hədəfli şəkildə baş verən sui-qəsdlərin ardınca Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat məmuru Dəraa şəhərində bombanın partlaması nəticəsində şəhid olub, üç nəfər isə yaralanıb.

1- Hələb:
– İyunun 23-də Suriya ordusu Hələbin qərbindəki Kəfər əl-Taal kəndində artilleriya ilə terrorçuların mövqelərini hədəfə alıb.

– İyunun 24-də Türkiyənin dəstəklədiyi terrorçular Eyn əl-Ərəb şəhərinin cənub-şərqini artilleriya ilə hədəfə alıblar.
– İyunun 25-də Afrinin ətrafındakı Şərava bölgəsi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumlarına məruz qalıb.

2- İdlib:
– İyunun 24-də terrorçuların əl-Futeyra və Kansafra bölgələrindəki mövqeləri Suriya ordusu tərəfindən artilleriya atəşinə məruz qalıb.
– İyunun 24-də Türkiyənin dəstəklədiyi terrorçular Suriya ordusunun Kəfər Ruma bölgəsindəki mövqelərinə raket zərbələri endirib.
– İyunun 26-da Kansafra kəndində terrorçuların mövqeləri Suriya ordusunun artilleriyası tərəfindən hədəfə alınıb.

3- Dəraa:
– İyunun 22-də Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat məmuru Dəraa şəhərində bombanın partlaması nəticəsində şəhid olub. Hadisə nəticəsində daha 3 nəfər yaralanıb.

Dəraa şəhərində baş verən partlayışın şəkli

– İyunun 24-də Nafiə şəhərində keçmiş terrorçuların üzvü və bir mülki şəxs naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr əz-zor:
İyunun 25-də ABŞ koalisiyasının dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) xüsusi təyinatlıları Əl-Bəsirə şəhərinin ətrafındakı Əl-Daman kəndində İŞİD-in cəbhə komandirini həbs edib.

5- Raqqa:
– İyunun 24-də Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıb.
– İyunun 23-də Suriya Demokratik Qüvvələrinin (SDQ) Eyn İsa şəhərinin ətrafındakı M4 Beynəlxalq Yolu yaxınlığındakı hərbi bazası Türkiyə ordusuna məxsus PUA-nın hücumuna məruz qalıb.
– İyunun 23-də Türkiyə ordusuna məxsus kvadrokopter Eyn İsa cəbhəsində kürd silahlıları tərəfindən vurulub.
– İyunun 25-də Suriya ordusu qüvvələri Raqqanın cənub-şərqində İŞİD-in sığınacaqlarına qarşı təhlükəsizlik əməliyyatına başlayıb.
– İyunun 26-da Suriya Demokratik Qüvvələrinin (SDQ) bir üzvü Eyn İsa şəhəri ətrafında minaya düşərək həlak olub.

6- Həsəkə:
– İyunun 24-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Tamarın ətrafındakı Təll əl-Laban kəndini artilleriya atəşinə tutub.
– İyunun 25-də naməlum silahlı şəxslərin Hasəkənin Merkada bölgəsi yaxınlığında Suriya Demokratik Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) iki üzvü həlak olub.
– İyunun 25-də Daxili Təhlükəsizlik Qüvvələri (YPG) Əl-Hul düşərgəsində qadın meyiti aşkarlayıb. Onun kimliyi barədə məlumat verilməyib.
– İyunun 25-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Tamarın ətrafındakı Tavilə kəndini artilleriya atəşinə tutublar.

7- İyunun 25-də Türkiyə Müdafiə Nazirliyi “Fərat Qalxanı” əməliyyat zonasında beş kürd silahlısının öldürüldüyünü açıqladı.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir