Fələstində baş verən son hadisələr, 25 İyun 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ramallahın şərqində İsrail hərbçiləri tərəfindən güllələnərək yaralanan 16 yaşlı fələstinli yeniyetmə aldığı yaraların ağırlığına görə şəhid olub.
– İyunun 24-də HƏMAS Fələstin Hərəkatının siyasi bürosunun rəhbəri İsmayil Həniyyə Bəəbəda sarayında Livan prezidenti Mişel Aun ilə görüşüb.
– İyunun 23-də sionist rejimin Yanğın və Xilasetmə Xidmətinin bir sıra üzvləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Kiprə göndərilib.
– İbrani mənbələri İsrailin keçmiş baş naziri Benyamin Netanyahunu qorumaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirir.
– Qüds İslam Vəqfi Təşkilatı sionist rejimin Qüds şəhərindəki məhdudiyyətlərinə baxmayaraq, 50 min fələstinlinin Əl-Əqsa məscidində cümə namazına qatıldığını açıqlayıb.
– HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayil Həniyyənin başçılıq etdiyi yüksək rütbəli nümayəndə heyəti Beyrutda İslami Cihadın baş katibi Ziyad əl-Nəxxalə ilə görüşüb.
– Cümə günü Ramallahın şərqindəki Səlvad qəsəbəsində baş verən toqquşmalarda İsrail hərbçiləri tərəfindən yaralanan 16 yaşlı fələstinli yeniyetmə aldığı xəsarətin ağırlığı səbəbindən şəhid olub.
– Surinam prezidenti Çan Santoi büdcə kəsiri səbəbindən işğal altındakı Qüdsdəki səfirliyinin açılışını ləğv edib.
– İsrailin “Əl-Salam Əl-Alan” hüquq birliyi Naftali Bennetin baş nazirliyi dövründə yəhudi məskənlərinin sayının 62 faiz artdığını bildirib.
– İsrail hərbi komandirləri amerikalı həmkarları ilə görüşdə strateji və əməliyyat məsələlərini müzakirə ediblər. Görüş işğal altındakı Fələstinin şimalındakı Əl-Cəlildəki kazarmada baş tutub.
– İyunun 23-də BƏƏ Hava Yollarının ilk rəsmi reysi Dubay Hava Limanından işğal olunmuş Fələstinə uçdu.
– İyunun 24-də İsrail qüvvələri İordan çayının qərb sahilindəki Cənin şəhərinin cənubunda yerləşən Qabatiyyə kəndinə hücum edərək fələstinli gənclərlə toqquşub. Münaqişədə itki olmayıb.
Rəy