Hacı Taledən mesaj var: Aclıq aksiyası dayandırıram / Hər cümə sivil etiraz aksiyaları davam edəcək

Cümə 24 İyun 2022 - 11:35
https://az.iswnews.com/?p=9286

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bu barədə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov öz facebook səhifəsində Hacı Taleyin müraciətini paylaşıb.

Bu müraciəti sizə olduğu kimi təqdim edirik:

Mərhəmətli və Mehriban Allahın adı və yadıyla.

Aclıq aksiyasının dayandırılmasıyla əlaqəli çoxsaylı çağırışlar, önəmli şəxsiyyətlərin müraciəti, həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin narahatçılığını nəzərə alaraq bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəni əsla dayandırmırıq. Bundan sonra nə qədərki, hakim rejim tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək. Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik.

Aclıq aksiyası dövründə bizə dəstək olan ölkə daxili, və ölkədən xaricdə olan bütün əzizlərə adbaad təşəkkür edirik. Alah millətimizi qorusun!

Tale Bağırzadə Qobustan həbsxanası 23 iyun 2022

Mənbə

Daha çox oxuyun:

Ayətullah Sübhani: Hörmətli Hacı Tale Bağırzadə! Aclıq aksiyasını dayandırmaq lazımdır + FOTO

İslamçı məhbusların aclıq aksiyasının fonunda baş verənlər

Ayətullah Ərafi Azərbaycan hakimiyyətinə səsləndi – Üzr istəyin!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir