Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz İyirminci Günü, 23 İyun 2022
– Ukrayna ordusuna məxsus iki reaktiv yaylım atəşi sistemi Rusiya hərbçilərinin Xerson vilayətinin Andriyuka kəndinin kənarındakı toplumlarını və texnikalarını hədəfə alıb. Hücum zamanı Rusiya hərbçilərinin itkiləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Onlayn xəritədə rus qoşunlarının yerləşdiyi yerə baxın
– Rusiya ordusu Ukrayna ordusuna məxsus bir ədəd Britaniya istehsalı olan və Amerikanın hədiyyə etdiyi Haubitsa M777 və bir ədəd yük maşınını dron idarəçiliyndən kömək alaraq artilleriya atəşi ilə məhv edib.
Onlayn xəritədə Ukrayna Ordusuna məxsus Houbitsa M777-nin yerinə baxın
– Dünən Rusiyanın qərbində yerləşən Rostov vilayətinin Mankovo-Kalitonskoye kəndinin kənarında Rusiyaya məxsus “Su-25” qırıcısı qəzaya uğrayıb.
Rusiya KİV-lərinin məlumatına görə, qəzaya səbəb texniki nasazlıq və ya elektrik şəbəkəsinin qülləsi ilə toqquşma olub. Son günlər oxşar hadisə Belqorod vilayətində daha bir rus qırıcısı üçün baş verib və təfərrüatları məlum deyil.
Onlayn xəritədə ərazinin yeri
– Zolotenin söhbəti bağlandı!
Rus ordusu Zolote şimalında irəliləməyə davam edərkən, Ukrayna qüvvələri bu ərazidə mühasirəyə düşüblər. Rus ordusu bu ərazidə irəliləməyə başlayıb və son cəbhə məlumatlarına görə Nevayvanyuka və bir neçə başqa məntəqəni ələ keçirib. Hirske, Zolote və Katrinjukanın nəzarətə alınması uğrunda döyüşlər davam edir.
Onlayn xəritədə baxın
– Rusiyanın bu yaxınlarda Donetskin şimalında yerləşən Drozxivka ərazisinə raket hücumu nəticəsində Ukrayna qüvvələrinin hərbi anbarında baş verən yanğının görüntüləri.
Bu hücumda Ukrayna ordusunun anbar binası və bir neçə hərbi və zirehli texnikası məhv edilib.
Bu hücum iyunun 20-də həyata keçirilib və bu silsilə raket hücumlarında Drozxivkadan əlavə rus ordusu Xarkov şəhəri və Avdiyoka məntəqəsinə də hücum edib.
– Rusiya mətbuatı Ukrayna ordusuna məxsus dron qalıqlarının şəklini yayımlayaraq, Uqoldar cəbhəsində daha bir Bayraktar TB2 dronunun OSA müdafiə sistemi tərəfindən məhv edildiyini iddia edib.
Rusiya televiziyası bu yaxınlarda Rusiya ordusunun 100-ə yaxın Bayraktar dronunu məhv etdiyini iddia edən xəbər yayıb. Lakin Ukraynadakı müharibənin bəzi analitikləri bu müharibə zamanı məhv edilən Bayraktar dronlarının sayını 11 ədəd olduğunu qeyd ediblər.
Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:
Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50 – Gün 51 – Gün 52 – Gün 53 – Gün 54 – Gün 55 – Gün 56 – Gün 57 – Gün 58 – Gün 59 – Gün 60 – Gün 61 – Gün 62 – Gün 63 – Gün 64 – Gün 65 və 66 – Gün 67 – Gün 68 – Gün 69 – Gün 70 – Gün 71 – Gün 72 – Gün 73 – Gün 74 – Gün 75 – Gün 76 – Gün 77 – Gün 78 – Gün 80 – Gün 81 – Gün 82 – Gün 83 – Gün 84 – Gün 85 – Gün 86 – Gün 87 – Gün 88 – Gün 89 – Gün 90 – Gün 91 – Gün 92 – Gün 93 – Gün 94 – Gün 95 – Gün 96 – Gün 97 – Gün 98 – Gün 99 – Gün 100 – Gün 101 – Gün 102 – Gün 103 – Gün 104 – Gün 105 – Gün 106 – Gün 107 – Gün 108 – Gün 109 – Gün 110 – Gün 111 – Gün 112 – Gün 113 – Gün 114 – Gün 115 – Gün 116 – Gün 117 – Gün 118 – Gün 119
Rəy