İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Cümə 17 İyun 2022 - 22:44
https://az.iswnews.com/?p=8898

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib.

Bu barədə president.az saytı xəbər verir. Saytın bildirdiyinə görə, görüşdə Bakıda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulanıb, eyni zamanda bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirilib.

Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olundu. Bildirildi ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir