Suriyanın cənubundakı Ət-Tənəf Amerika bazasına dron hücumu + FOTO

Cümə axşamı 16 İyun 2022 - 19:46
https://az.iswnews.com/?p=8833

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Suriya, İraq və İordaniya arasında sərhəd üçbucağında yerləşən Ət-Tənəf bölgəsində Məqavir əl-Səvra terrorçularının mövqeləri dron hücumuna məruz qalıb.

İyunun 16-da səhər saatlarında yerli mənbələr Amerika hərbçilərinə məxsus Ət-Tənəf bazasında partlayış səsi eşidildiyini bildiriblər. Bir neçə dəqiqədən sonra məlum olub ki, bu bazadakı “Məqavir əl-Səvra” terrorçularının mövqeləri dron hücumuna məruz qalıb.

Məqavir əl-Səvra terrorçuları Ət-Tənəf bazasına dron ilə hücum xəbərini təsdiqləyərək, hücumun maddi ziyanla nəticələndiyini bildiriblər.

Suriyanın cənub-şərqindəki Ət-Tənəf bölgəsi illərdir ABŞ qüvvələri tərəfindən işğal olunub və Suriya ordusu və müqavimət qüvvələrinin bölgənin 55 kilometr radiusuna yaxınlaşmasına icazə verilmir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir