İraqda baş verən son hadisələr, 5 fevral 2022-ci il
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Həşd Şəəbi Təşkilatının 40-cı Briqadasının qüvvələri İŞİD ünsürləri ilə mübarizə və Kərkük vilayətinin səhra ərazilərini təmizləmək üçün əməliyyata başlayıb.
1- Bağdad:
Fevralın 4-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya Bazasında naməlum səbəblərdən həyəcan siqnalı səsləri eşidilib.
2- Səlahəddin:
- Fevralın 5-də Amerikanın Bombardier E-11A təyyarəsi Tikritin qərb hissəsi üzərində uçub. Təyyarə radiorabitə relesinə və döyüş meydanında fəaliyyət göstərən bölmələr arasında rabitə limanlarının yaradılmasına cavabdehdir.
- Fevralın 3-də İraq ordusunun qırıcı təyyarələri Səlahəddin əyalətinin Mətibiciyyə bölgəsindəki İŞİD bazasını hədəfə alıb.
3-Neynəva:
- Fevralın 3-də səhər saatlarında Türkiyə ordusunun Mosulun şimalındakı Bəşiqə bazası ən azı 18 raketlə hədəfə alınıb. Hücumda 12 türk əsgərinin həlak olduğu və yaralandığı bildirilir. Hücuma görə məsuliyyəti Əhrar Sincar qrupu üzərinə götürüb.
- Fevralın 1-də axşam saatlarında Türkiyə ordusunun qırıcı təyyarələri Məxmur bölgəsindəki Məxmur qaçqın düşərgəsinə və İraqın Sincar bölgəsindəki Sincar Müqavimət Qüvvələrinin (YBS) mövqelərinə hücum edib.
4- Ziqar:
Fevralın 1-də Ziqar vilayətində Amerika işğalçılarının iki lojistik karvanı İraq müqavimət dəstələri hədəfinə çevrildi.
5- Kərkük:
Fevralın 2-də Həşd Şəəbi Təşkilatının 40-cı Briqadasının qüvvələri İŞİD ünsürləri ilə mübarizə aparmaq və Kərkük vilayətinin səhra ərazilərini təmizləmək üçün əməliyyata başlayıb.
6- Fevralın 3-də Amerikaya məxsus Beechcraft MC-12W Liberty casus təyyarəsi İraq-Suriya sərhədi üzərində uçub.
7- Fevralın 1-də Amerika koalisiyasına məxsus 20-dən çox yük maşını İraq Kürdüstanı sərhədindən Suriyanın Həsəkə əyalətindəki ABŞ hərbi bazalarına daxil olub.
8- Fevralın 5-də parlamentin Sədr fraksiyasının rəhbəri mətbuat konfransında bildirib ki, Sədr fraksiyasının liderinin əmri ilə gələcək hökumətin qurulması üçün parlamentdəki fraksiyalarla bütün danışıqlar hələlik dayandırılıb.
9- Fevralın 4-də İraq Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar Həkim Ayətullah Seyid Məhəmməd Baqir Həkimin şəhadətinin ildönümünün qeyd edilməsi mərasimində deyib: Həşd Şəəbi Təşkilatının haqqında hər cür zülm barədə xəbərdarlıq edirik.”
10- Fevralın 4-də İraqın baş naziri Mustafa Əl-Kazimi İŞİD liderinin öldürülməsindən sonra twitter hesabında yazıb: İŞİD terror qruplaşmasının liderinin öldürülməsi İraqın bütün təhlükəsizlik qüvvələrinin onlarla İŞİD komandirləri və yüzlərlə terrorçu ünsürlərini öldürmək üçün göstərdiyi geniş səylərin; həmçinin İraq daxilində xüsusi əməliyyatların həyata keçirilməsi, yüzlərlə terrorçunun həbsi və nəticədə İŞİD liderinin gizləndiyi yerin məlumatlarının toplanması davamı idi.
11- Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzani ABŞ qüvvələrini cümə axşamı İŞİD lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyişinin öldürülməsinə səbəb olan “uğurlu missiyasına” görə alqışlayıb.
Rəy