İranın sərhəd zonasında sərhədçi şəhid olub
“İslam Dünyası Xəbərləri ” informasiya agentliyinin məlumatına görə, İranın Sərdəşt şəhərinin Bivəran ərazisində sərhəd nəzarəti əməliyyatı zamanı Sərhəd Alayının sərhədçilərindən biri şəhid olub.
Qərbi Azərbaycan Əyalətinin Sərhəd Komandanlığının İctimaiyyətlə Əlaqələr bölməsi yaydığı bəyanatda bildirib ki, Sərdəşt Sərhəd Alayının 1-ci çavuş Mehdi Bərzəgər adlı əməkdaşlarından biri Sərdəşt şəhərinin Bivəran ərazisində sərhəd zolağında monitorinq keçirərəkən şəhid olub.
Bu şəhidin dəfn mərasimi bu şəhərin coşqun sərhədçilərinin və şəhid ailələrinin iştirakı ilə alayın qərargahında keçirilib və o, doğulduğu Əhər şəhərində torpağa tapşırılıb.
Sərdəşt valisinin sözlərinə görə, Şəhid Mehdi Bərzəgər Belfat şəhidləri xiyabanının yaxınlığında patrul xidməti zamanı mina partlaması nəticəsində şəhid olub.
Rəy