Suriyada baş verən son hadisələr, 11 İyun 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Deyr əl-Adas şəhərində mülki vətəndaşları daşıyan avtomobilin yolunda minanın partlaması nəticəsində 5 nəfər şəhid olub, 30 nəfər yaralanıb.
1- Hələb:
– İyunun 9-da Rusiya hərbi helikopterləri Əl-Babın ətrafında uçublar.
– İyunun 10-da Mənbicin qərbindəki Əl-Buğaz kəndini Türkiyənin dəstəklədiyi terroçular artilleriya atəşinə tutublar.
– İyunun 10-da naməlum dronlar Afrin, Təl-Rəəfət, Əzaz və Mare şəhərləri üzərində uçuşlar həyata keçiriblər.
– İyunun 11-də Türkiyənin dəstəklədiyi terroçular Mənbic şəhərinin şimalındakı əl-Halunci kəndində yerləşən telekommunikasiya qülləsini artilleriya atəşinə tutublar.
– İyunun 11-də Afrinin ətrafındakı Şerava bölgəsini Türkiyənin dəstəklədiyi terroçular artilleriya atəşinə tutublar.
– İyunun 11-də Rusiya hərbi helikopterləri Şahba ərazisi üzərində uçuşlar həyata keçiriblər.
– İyunun 11-də Türkiyənin dəstəklədiyi terroçular Hələb vilayətinin Əbyən kəndini artilleriya atəşinə tutublar.
2- İdlib:
Əbu Zuhur hərbi hava limanından yayılan şəkillərdə hava limanında Rusiyanın Ka-52 və Mi-24 helikopterlərinin yerləşdiyi əks olunub.
3- Dəraa:
– İyunun 11-də Deyr əl-Adas şəhərində mülki vətəndaşları daşıyan avtomobilin yolunda minanın partlaması nəticəsində 5 nəfər şəhid olub, 30 nəfər yaralanıb.
– İyunun 10-da terroçuların keçmiş üzvü Dəraa vilayətində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
4- Deyr az-zor:
İyunun 10-da İŞİD ünsürlərinin Bəsirə şəhərində Suriya Demokratik Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində bir SDQ üzvü həlak olub, iki nəfər yaralanıb.
5- Raqqa:
– İyunun 10-da Türkiyənin dəstəklədiyi terroçular Malik kəndini və Eyn İsa şəhərinin ətrafındakı M4 magistral yolunu artilleriya atəşi ilə hədəfə alıblar.
– İyunun 11-də Raqqanın qərbində Əsriya səhrasında Suriya ordusu maşını yolunda baş verən partlayış nəticəsində iki Suriya ordusu əsgəri şəhid olub.
6- Həsəkə:
– İyunun 9-da Türkiyə ordusuna aid dronun Qamışlı şəhərində bəzi hədəflərə hücumu nəticəsində bir mülki şəxs yaralanıb.
– İyunun 10-da Həsəkənin ətrafında Suriya Demokratik Qüvvələri ilə toqquşma zamanı İŞİD-in cəbhə komandiri öldürülüb.
7- Dəməşq:
– İyunun 10-da Suriya Müdafiə Nazirliyi elan etdi: Yerli vaxtla saat 04:20-də İsrail ordusu işğal altındakı Qolan Təpələrindən bir neçə raketlə Dəməşqin cənubundakı bir neçə hədəfə hücum etdi və hava hücumundan müdafiə sistemlərimiz onların əksəriyyətini vurdu. Hücum nəticəsində bir mülki şəxs yaralandı və maddi ziyan dəydi.
– İyunun 10-da Suriya mətbuatı İsrailin hücumu nəticəsində Dəməşq hava limanının uçuş-enmə zolaqlarının ciddi şəkildə zədələndiyini bildirib.
8- İyunun 10-da Türkiyə Müdafiə Nazirliyi “Fərat Qalxanı” əməliyyat bölgəsində üç kürd silahlısının öldürüldüyünü açıqlayıb.
Rəy