Abdulla Qureyşi kimdir? – İŞİD-in komandiri niyə öldürüldü? – Şok detallar

Şənbə 5 Fevral 2022 - 22:56
https://az.iswnews.com/?p=847

Suriyanın İdlib vilayətinin Atma şəhərində ABŞ-ın keçirdiyi hərbi əməliyyat zamanı öldürülən İŞİD lideri “Abdulla Qardaş” və “Abu İbrahim” ləqəbli Abdullah Qureyşi kimdir?

Abdulla Qureyşi 1976-cı ildə İraqın əksəriyyəti türkmənlər yaşayan Təlləfr şəhərində anadan olub. Onun atasının məscid müəzzini və məşhur vəhhabi təbliğatçılarından biri olduğu deyilir. Qureyşi, Səddam Hüseyn dövründə İraq ordusunun zabiti olub və onun haqqında çox az məlumat mövcuddur. O, Mosul Universitetinin “Əl-İmam Əl-Əzəm” üniversitetinin məzunudur. Əbu İbrahim İŞİD-in devrilmiş lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən əvvəl də bu terror qruplaşmasının əksər işlərinə rəhbərlik edirdi və işlədiyi vaxtdan bəri İŞİD çevrələrində “İŞİD işlərinin mütəfəkkiri və ustası” kimi tanınırdı. 2004-cü ildə Əbu Musab əz-Zərqaviyə beyət etdikdən və Əl-Qaidə sıralarına qoşulduqdan sonra, fətva bölməsində çalışıb və o zamandan İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadi ilə münasibətləri istiləşib. 2008-ci ildə ABŞ qüvvələri onu Əl-Qaidə üzvü olduğu üçün Mosulda həbs etdilər və o, Bəsrə əyalətindəki Boka həbsxanasında saxlanıldı. 2009-cu ildə isə ABŞ qüvvələri tərəfindən müəmmalı şəkildə həbsdən azad edildi.

Abdullah Qureyşi İŞİD-in təhlükəsizlik bürosunun rəhbəri vəzifəsində də çalışıb. İŞİD-in ən qüdrətli idarələrindən biri olan bu idarə, təşkilatın komandirlərinin mühafizəsinə cavabdeh olub. O, Rakkada İŞİD döyüşlərinə şəxsən rəhbərlik edib və həmçinin İŞİD-in müdafiə naziri vəzifəsində çalışıb. İŞİD-in Livanda komandanlıq qrupu yaratmağa çalışdığı bir vaxtda əl-Bağdadinin keçmiş müavini Əbu Bəkr əl-İraqi tərəfindən İŞİD-in Livandakı qolunun rəhbəri vəzifəsinə irəli sürülüb. Bir müddət sonra bu vəzifədən azad edilib və nəhayət, 2017-ci ilin avqustunda İŞİD liderinin müavini təyin edilib.
Qureyşinin bir neçə ləqəbi olub; Əl-Mövli əl-Səlbi, Əmir Məhəmməd Səid Əbdül Rəhman, Abdullah Qardaş, Əbu İbrahim Əl-Haşimi və s. onun ləqəblərindəndir.

O, 2019-cu ilin oktyabr ayının sonunda, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən az sonra İŞİD-in liderliyini öz öhdəsinə götürür. 2020-ci ilin aprelində Vaşinqton İŞİD-in hazırkı liderinin tutulmasına kömək edən məlumat üçün 5 milyon dollar mükafat təyin edir.

Nəhayət, 2022-ci il fevralın 3-də İŞİD lideri Əmir Məhəmməd Səid Əbdül Rəhman İdlib vilayətinin Atma şəhərinin yaxınlığında keçirilən əməliyyat zamanı öldürüldü.

Maraqlısı budur ki, İŞİD terror qruplaşmasının lideri Əl-Qureyşi “təhlükəsiz” zonada yaşayırdı; Belə ki, onun evi 50-ə yaxın mühafizəçi ilə qorunur, Təhriruş-Şam (Əl-Qaidəyə bağlı) terror qruplaşmasının bazasından 2 km, Türkiyənin həmin ərazidəki qeyri-qanuni hərbi postu və polis bölməsindən isə 500-1000 metr aralıda yerləşirdi.

Məsələnin həqiqi tərəfi nədir?

Türkmən olduğundan əksəriyyəti ərəblərdən təşkil olunmuş İŞİD terrorçuları tərəfindən qısqanclıqla qarşılanır və hətta daxildə bu məsələ ilə bağlı ciddi problemlər yaşanırdı. Bir sözlə ərəb olmayan birinin İŞİD daxilində xilafət elan etməsi bəzi ərəblər üçün qəbuledilməz idi. İŞİD daxilində sevgi qazana bilməyən Qureyşi “tanınmayan komandir” və ya “kağız üzərində komandir” adlandırılırdı. Ərəb dünyasından lazımi dəstəyi ala bilməyən Qureyşi, əsasən xilafətini gücləndirmək üçün fəaliyyətini Qafqaz və xüsusilə türkdilli ölkələrdə daha çox artırmağa çalışır və bu ölkələrdən yeni üzvlər cəzb etməyə cəhd göstərirdi. Hətta Azərbaycan vəhhabiləri Qureyşiyə beyət edən ilk qruplardan idi.

Amerikanın regionda İŞİD-i yenidan canlandırmağa çalışdığı bir vaxtda Həsəkə zindanı hadisəsi bu gedişatın tərkib hissəsi idi. Bu canlanma elə bir şəxsin İŞİD-ə rəhbərliyi altında olmalıdır ki, həmin şəxs qruplaşmanın üzvləri tərəfindən qəbul edilən və sevilən biri olsun. Qureyşinin rəhbərliyi altında isə bu mümkün deyildi. Ona görə də Amerika Qureyşini aradan götürməklə həm yeni lider üçün şərait yaratdı, həm İŞİD-dən qəhrəman düzəltmək istədi, həm də özünü terrorla mübarizə qəhrəmanı göstərməyə can atdı.

Daha çox oxuyun:
İŞİD-i yaradan ABŞ onun liderini öldürür? – Ağ evin yeni oyununun pərdə arxası

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir