Suriyada baş verən son hadisələr, 6 İyun 2022

Bazar ertəsi 6 İyun 2022 - 23:38
https://az.iswnews.com/?p=8340

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, hərbi təchhizat daşıyan 25 avtomobildən ibarət türk hərbi kolonu Kafr Lusin keçidindən Suriyanın İdlib vilayətinə daxil olub.

1- Hələb:
– İyunun 6-da Eyn əl-Ərəb bölgəsində Rusiya hərbi polisi və Türkiyə ordusunun birgə patrulu keçirilib.
– İyunun 5-də Rusiya helikopterləri Şahba ərazisi üzərində uçdu.
– İyunun 5-də Türkiyənin 3 hərbi PUA-sının Hələbin qərbi üzərində uçuşu müşahidə edilib.
– İyunun 5-də Türkiyənin PUA-sı Şahba bölgəsi və Afrin şəhəri üzərində uçuş həyata keçirib.
– İyunun 5-də Suriya ordusunun buldozeri Mənəğ hərbi hava limanının ətrafında silahlı şəxslər tərəfindən məhv edilib.
– İyunun 5-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya ilə Şahba ərazisini hədəfə aldılar.
– İyunun 5-də Mənbicin qərbində yerləşən Əl-Boğaz kəndi Türkiyə artilleriyası tərəfindən atəşə tutulub.
– İyunun 5-də Hələbin şimalında, Təl Rəəfət şəhərinin ətrafında kürd silahlılarının mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən atəşə tutulub.
– İyunun 6-da Əzaz şəhərində bomba partladılıb və nəticədə “Asifət Əş-Şiməl Briqadası”nın komandiri “Nəcm Həmduş” ağır yaralanıb.

– İyunun 4-də Mənbic şəhərinin şimal və qərbindəki ərazilər Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.

2- İdlib:
– İyunun 5-də Suriya ordusu Benin qəsəbəsinin ətrafındakı terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.
– İyunun 5-də Suriya ordusunun İdlibin cənubundakı hədəflərə artilleriya hücumu nəticəsində bir terrorçu öldürülüb.
– İyunun 4-də Türkiyə hərbi kolonu, o cümlədən hərbi təchizat daşıyan 25 maşın Kafr Lusin keçidi vasitəsilə Suriyanın İdlib vilayətinə daxil olub.

3- Dəraa:
– İyunun 3-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Tassila şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– İyunun 4-də Əl-Nəimə qəsəbəsinin ətrafında Suriya ordusuna məxsus avtomobilin partlaması nəticəsində çoxlu sayda Suriya ordusu yaralanıb.

4- Deyr əz-Zor:
– İyunun 3-də Şula bölgəsində İŞİD ünsürlərinin avtobusa hücumu nəticəsində 3 nəfər şəhid olub, 21 nəfər yaralanıb.
– İyunun 4-də Əbu Həmmam şəhərində qaçaqmalçılarla toqquşma zamanı bir mülki şəxs və Suriya Demokratik Qüvvələrinin (SDQ) iki üzvü həlak olub.
– İyunun 5-də Suriya ordusunun 3 əsgəri Deyr əz-Zordakı ət-Təyyim neft yatağı yaxınlığında minaya düşərək yaralanıb.

5- Raqqa:
– İyunun 5-də Türkiyənin dəstəklədiyi terrorçuların Eyn İsa şəhərinin ətrafına artilleriya hücumu nəticəsində iki mülki şəxs yaralanıb.
– İyunun 5-də Ceyş əl-Vətani terrorçuları Suriya Demokratik Qüvvələrinin (SDQ) Rəqqanın şimal ətrafındakı Qəzali kəndindəki mövqelərini artilleriya ilə hədəfə alıblar.
– İyunun 5-də Suriya ordusu Eyn İsa şəhərinə logistik təchizat daşıyan karvan göndərdi.
– İyunun 5-də Rusiya hərbi və zirehli texnika kolonu Əl-Təbqə hərbi hava limanına çatıb.
– İyunun 4-də Türkiyənin dəstəklədiyi terrorçular Malik kəndini və Eyn İsa şəhərinin ətrafındakı M4 magistral yolunu artilleriya ilə hədəfə alıblar.

6- Həsəkə:
– İyunun 5-də Təl Tamar şəhəri üzərində Türkiyə ordusuna məxsus PUA görünüb.
– İyunun 4-də ABŞ koalisiya qüvvələri Malikiyyə məntəqəsinin ətrafında patrul xidməti edib.
– İyunun 4-də Rusiya ordusu Qamışlı hava limanında Pantsir-S1 müdafiə sistemlərini yerləşdirdi.

7- Həma:
İyunun 6-da terrorçuların Doir əl-Akrad və Sarmaniyyədəki mövqeləri Suriya ordusu tərəfindən artilleriya atəşinə məruz qalıb.

8- İyunun 5-də Türkiyə Müdafiə Nazirliyi Çeşme Solh, Zeytun və Fərat bölgələrində 16 kürd silahlısının öldürüldüyünü açıqladı.

9- Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Məzlum Əbdi Suriya hökumətini Suriyanın 30 km dərinliyində təhlükəsiz zona yaratmaq məqsədi daşıyan Türkiyənin mümkün hücumlarından ölkə sərhədlərini qorumağa çağırıb.

10- İyunun 4-də Türkiyə ordusu və onun himayəsində olan terrorçular Çeşmə Solh ərazisində birgə təlim keçirib.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir