Pakistan hökuməti və Təhrik-e-Taliban Pakistan arasında atəşkəs rejimi əldə edilib

Şənbə 4 İyun 2022 - 22:47
https://az.iswnews.com/?p=8203

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrik-e-Taliban Pakistan (TTP) sözçüsü Məhəmməd Xorasani Pakistan hökuməti ilə vaxt baxımından qeyri-müəyyən atəşkəs elan edən bəyanat yayıb.

Pakistanın 50 nəfərlik qəbilə qrupu ilə Təhrik-e-Taliban (TTP) nümayəndələri arasında iki günlük danışıqlardan sonra Təhrik-e-Taliban Pakistanın (TTP) sözçüsü Məhəmməd Xorasani iyunun 2-də səhər saatlarında bəyanat yayaraq, qeyri-müəyyən müddətdə Pakistan hökuməti ilə atəşkəs elan edib.

Yerli mənbələrin bildirdiyinə görə, Pakistan Talibanını atəşkəsi qəbul etməyə təhrik etmək üçün əsas şərtlərdən biri bütün pakistanlı taliban məhbuslarının azad edilməsi və hökumətin qəbilə bölgələrində İslam qanunlarını tətbiq etməsidir.

Digər tərəfdən, Pakistan İcmalar Komitəsi, Əfqanıstanın paytaxtı Kabildə Pakistan Talibanı ilə 50 nəfərlik qrupun danışıqlarına məhəl qoymayaraq, onların qərarlarının xalq üçün qəbuledilməz olduğunu bildirib. Pakistan Pəştunlarının müdafiəsi hərəkatının rəhbəri Mənzur Pəştun Pakistan Talibanı ilə danışıqları tənqid edərək deyib: “Bu 50 nəfər arasında bir nəfər də olsun Vəziristan xalqını təmsil etmir və onların hamısı Pakistan ordusunun nümayəndələridir”.

Pakistan Talibanının atəşkəs elan etməsinə baxmayaraq, Əfqanıstanın Talibanının vasitəçiliyi ilə Kabildə Pakistan qəbilələrinin nümayəndələri ilə Pakistan Talibanının rəhbərləri arasında sülh danışıqları davam edir.

Daha çox oxuyun:
Əfqanıstan Talibanı Pakistanda sülh üçün vasitəçilik edir!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir