Fələstində baş verən son hadisələr, 1 İyun 2022

Çərşənbə 1 İyun 2022 - 22:08
https://az.iswnews.com/?p=8124

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin müharibə naziri Benni Qantz, Baş Qərargah rəisi Aviv Koxavi və bir neçə hərbi komandirlə birlikdə sionist ordusunun Kiprdə keçirdiyi manevrlə bağlı oraya səfər ediblər.

– Son saatlarda İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 12 fələstinlini həbs edib.
– İvritcə olan “Maariv” qəzeti yazıb: İsrail ordusunun əsgərlərindən biri Qəzza zolağının cənubundakı İsrail ordusunun artilleriya bazasında M16 tipli olan şəxsi silahını itirib!
– İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi Ramallahda Fələstin Milli İdarəsinin sədri Mahmud Abbasla görüşüb.
– İvritcə olan “Maariv” qəzeti yazıb: “İsraildə Fələstinlilərin son əməliyyatları dalğasından sonra sionistlərin silah daşıma istəkləri çox sayda artıb. Beləliklə, sionistlərin silah daşımaq tələbi təxminən 600% artıb!”
– Mayın 31-də İsrailin müharibə naziri Benni Qantz, Baş Qərargah rəisi Aviv Koxavi və bir neçə hərbi komandirlə birlikdə sionist ordusunun Kiprdə keçirdiyi manevrlə bağlı oraya səfər ediblər.
– ABŞ xarici işlər naziri Antoni Blinken Fələstin Milli İdarəsinin sədri Mahmud Abbasla telefonla danışıb.
– İyunun 1-də sionist rejim işğal altındakı Qüdsün İsaviyyə qəsəbəsində yaşayan Fələstin vətəndaşı Hatəm Əbu Riyalənin evini dağıdıb.

– İyunun 1-də “Ğufran Harun Hamid Varasne” adlı fələstinli qadın İordan çayının qərb sahilinin cənubunda, Əl-Xəlilin şimalında Əl-Ərub qaçqın düşərgəsi yaxınlığında İsrail hərbçiləri tərəfindən güllələnərək şəhid edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir