Suriyada baş verən son hadisələr, 31 May 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusu və onun dəstəklədiyi terrorçuların Suriyanın şimalında əməliyyatlara başlaması söz-söhbəti eşidildiyi bir vaxtda Rusiya hava təchizatları Hələb vilayətinin Eyn Əl-Ərəb, Əzaz, Mare və Təl Rəəfət şəhərləri üzərində uçublar.
1- Hələb:
– Mayın 31-da Rusiya hava təchizatları Eyn əl-Ərəb şəhəri üzərində bir neçə dəfə uçublar.
– Mayın 30-da Afrin Azadlıq Qrupu Türkiyənin dəstəklədiyi terrorçuların Afrinin ətrafındakı Şərava bölgəsinə hücumunun videosunu yayıb. Qrupun məlumatına görə, son günlər baş verən hücumlar zamanı terrorçuların 5 üzvü öldürülüb, daha 11 nəfər yaralanıb.
– Mayın 30-da Rusiya hava təchizatları Əzzaz, Mare və Təl-Rəəfət şəhərləri üzərində uçublar.
2- İdlib:
– Mayın 31-də Əl-Barə qəsəbəsi üzərində Rusiyaya məxsus hərbi kəşfiyyat PUA-sının uçuşu müşahidə edilib.
3- Dəraa:
– Mayın 30-da Novi şəhərində terrorçuların üç keçmiş əməkdaşı naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Mayın 30-da Suriya Kənd Təsərrüfatı Nazirliyinin arıçılar assosiasiyasının rəhbəri Novi şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
4- Deyr az-zor:
– Mayın 30-da ABŞ koalisiya qüvvələri Əl-Şəhilin əsas küçələrində patrul xidməti həyata keçirib.
5- Raqqa:
– Mayın 31-də Rusiya qırıcıları Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.
– Mayın 30-da Türkiyənin dəstəklədiyi terrorçular M4 magistralını və Eyn-İsa şəhərinin ətrafını artilleriya ilə hədəfə alıblar.
6- Həsəkə:
– Mayın 30-da Təl Tamar şəhəri üzərində Türkiyə ordusuna məxsus PUA görünüb.
– Mayın 30-da Türkiyə ordusuna məxsus PUA-nın Qamışlı şəhərinin ətrafındakı Beyt Hanun kəndində avtomobili vurması nəticəsində bir mülki şəxs həlak olub, üç nəfər yaralanıb.
– Mayın 30-da Türkiyənin dəstəklədiyi terrorçular Təl Tamarın ətrafındakı Tal Tavil kəndini artilleriya atəşinə tutublar.
7- Homs:
– Mayın 31-də Rusiya qırıcıları Tedmor şəhərinin ətrafındakı İŞİD-in sığınacaqlarına hücum ediblər.
8- Mayın 30-da Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Türkiyənin Suriya torpaqlarında qondarma “təhlükəsiz zona”nın yaradılması istiqamətində atdığı addımın təcavüz və müstəmləkəçilik hərəkəti olduğunu bəyan edib. O bildirib ki, Türkiyənin etdikləri hərbi cinayətdir və etnik və coğrafi təmizləmə siyasətinin bir hissəsidir.
Rəy