Suriyada baş verən son hadisələr, 30 May 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ koalisiyası Koniko qaz obyektindəki hərbi bazasına silah və logistik kolonu göndərib.
1- Hələb:
– Mayın 30-da Suriya ordusunun qırıcıları Hələbin qərbində, Dara Azza bölgəsində terrorçuların mövqelərinə hücum ediblər.
– Mayın 29-da Rusiya qırıcıları Afrin, Mara, Əl-Bab, Əzaz şəhərləri və Şahba bölgəsi üzərində uçuşlar həyata keçiriblər.
– Mayın 29-da Mənbic şəhərinin şimal-şərqində yerləşən Toxar kəndi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.
– Mayın 29-da Ceyş əl-Vətani ünsürlərinin üçüncü Diviziyasının təhlükəsizlik bölməsi Əl-Bab şəhərində İŞİD komandirinin həbs olunduğunu elan edib.
– Mayın 29-da Əl-Bab şəhərində narkotik satışı ilə bağlı mübahisə zəminində Əl-Şamiyyə terrorçuları Türkiyənin dəstəklədiyi terrorçularla toqquşub.
– Mayın 29-da Suriya Demokratik Qüvvələrinə məxsus avtomobil Afrin ətrafında Bürc Əl-Qas cəbhəsində Türkiyə ordusuna məxsus PUA tərəfindən hücuma məruz qalıb.
– Mayın 28-də Türkiyənin dəstəklədiyi terrorçular Eyn əl-Ərəbin qərbindəki Zur Muğar və Bayadi kəndlərini hədəfə alıblar.
2- İdlib:
– Mayın 28-də Kansafra bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriyası tərəfindən hədəfə alınıb.
– Mayın 28-də Türkiyə ordusuna məxsus PUA Suriya ordusu tərəfindən Mardebase kəndi yaxınlığında vurulub.
– Mayın 29-da Filifel və Sefouhan kəndlərində terrorçuların mövqeləri Suriya ordusunun artilleriyası tərəfindən hədəfə alınıb.
– Mayın 30-da Suriya ordusunun artilleriyası Filifel kəndində terrorçuların mövqelərini hədəfə alıb.
3- Dəraa:
– Mayın 29-da Suriyanın təhlükəsizlik qüvvələrindən biri “Miser Səid Əl-Amarin” adlı şəxs Novi şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Mayın 28-də Əl-Səhva merinin oğlu başqa bir şəxslə birlikdə Əl-Məsirafa yolunda naməlum şəxslər tərəfindən qətlə yetirilib.
4- Deyr az-zor:
– Mayın 29-da ABŞ koalisiyasının Ömər neft yatağındakı mövqeləri 12 Qrad raketi ilə hədəfə alınıb.
– Mayın 29-da Suriya Demokratik Qüvvələrinin (SDQ) Zabyan qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsi İŞİD ünsürlərinin hücumuna məruz qalıb.
– Mayın 29-da ABŞ koalisiyası Koniko qaz obyektindəki hərbi bazasına silah və logistik kolonu göndərib.
5- Raqqa:
– Mayın 29-da Türkiyənin dəstəklədiyi terrorçular M4 magistralını və Eyn-İsa şəhərinin ətrafını artilleriya ilə hədəfə alıblar. Hücumlarda bir mülki şəxs yaralanıb.
6- Həsəkə:
– Mayın 28-də Türkiyənin dəstəklədiyi terrorçular Təl Tamar şəhəri ətrafını artilleriya ilə atəşə tutublar.
– Mayın 29-da Təl Tamar Hərbi Şurasının komandirlərindən biri deyib: Türk işğalçıları istədiklərinə nail olmayacaqlar. Türkiyə və onun dəstəklədiyi terrorçuların hücumlarına cavab verəcəyik.
– Mayın 29-da Rəs əl-Eyn şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində Türkiyənin dəstəklədiyi terrorçulardan üç cəbhə komandiri həlak olub.
– Mayın 28-də Türkiyə hərbi PUA-larının Təl Tamar şəhərinin ətrafındakı Zarkan ərazisi üzərində uçduğu görünüb.
7- İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib: İran digər dövlətlər arasında ixtilafların həlli üçün onların ərazisində hər hansı hərbi əməliyyata və güc tətbiqinə qarşıdır və bunu bu ölkələrin ərazi bütövlüyü və milli suverenliyi haqqında pozuntu hesab edir. Bu, vəziyyəti daha da mürəkkəbləşdirir və gərginliyi artırır”.
Rəy