İsrail rejimi İran sərhədlərində nəyin ardıncadır?
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin Kənd Təsərrüfatı və Kənd İnkişaf naziri Oded Forer layihənin inkişafı çərçivəsində tətbiq edilən “İsrail texnologiyası”nı araşdırmaq üçün Azərbaycan Respublikasının İran sərhədindən cəmi bir neçə kilometr aralıda yerləşən “ağıllı kəndlər”ə baş çəkib.
Forer deyib: “Mən İranla sərhəd yaxınlığındakı ağıllı kəndə baş çəkmək və İsrailin biliyi və texnologiyasının həyat qurduğunu görmək fürsətini yüksək qiymətləndirirəm”.
Sionist nazirin İranla sərhəddə “İsrail Texnologiyası”-nın həyat qurduğunu vurğulaması ciddi şübhə doğdurur. Deyilənlərə görə Azərbaycan Respublikasının İranla sərhəd əraziləri İsrail rejiminin ixtiyarına verilib və bu rejimin gizli niyyətlərindən əlavə o özünün kənd təsərrüfatı məhsullarını bu ərazidə istehsal edərək işğal olunmuş Fələstinə daşıyacaqdır.
Rəy