Türkiyə geri çəkildi; Əməliyyatın vaxtı məlum deyil
Son həftələr Türkiyənin Suriyanın şimalında və şimal-şərqində kürd silahlılarına qarşı növbəti əməliyyatı ilə bağlı yeni söz-söhbətlər eşidilirdi.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi farsnews-ə istinadən xəbər verir ki, məlumatlı mənbə Əl-Ərəbi Əl-Cədidə bildirib ki, dünən axşam türk hərbi komandirləri ilə Ankaraya bağlı terrorçuların rəhbərləri arasında görüş keçirilib və türk komandirləri onlara əməliyyata başlamaq planlarının olmadığını və əməliyyatın vaxtının məlum olmadığını bildiriblər.
Onun sözlərinə görə, Suriyanın şimalındakı vəziyyətin dəyişdirilməsi, regional və qlobal müqavimətin olması Ankaranı əməliyyatı təxirə salmağa məcbur edib.
Daha çox oxuyun:
Türkiyə sərhədində Rusiya, Suriya və SDQ qüvvələrinin birgə patrul xidməti olub + VIDEO
Rəy