Fələstində baş verən son hadisələr, 28 May 2022

Şənbə 28 May 2022 - 18:13
https://az.iswnews.com/?p=7921

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Qəssam taborlarının komandirlərindən olan Məhəmməd Əl-Sinvar bir televiziya proqramında müqavimət cəbhəsi ilə birgə təhlükəsizlik otağının olduğunu açıqlayıb.

– HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborlarının üzvü Məhəmməd Suheyl Əhməd Əbu Aşur ürək dayanmasəndan dünyasını dəyişib.
– Bu gün səhər Beytləhmin cənubundakı Əl-Xızır qəsəbəsində İsrail əsgərləri ilə toqquşmada 3 fələstinli yaralanıb.
– Mayın 27-də İordan çayının qərb sahilində fələstinlilərlə İsrail qüvvələri arasında baş verən qarşıdurmada 88 fələstinli yaralanıb.
– HƏMAS-ın hərbi qolunun yüksək səviyyəli komandiri Məhəmməd əl-Sinvar deyib: “Seyf Əl-Qüds müharibəsi zamanı Əl-Qəssam taborları, Livan Hizbullahı və İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatçıları ilə birgə kəşfiyyat otağı var idi”.
– Məscidül-Əqsanın xətibi Şeyx Əkrəmə Səbri bəyan edib: “Məscidül-Əqsaya bayraq yürüşçülərinin daxil olması heç vaxt baş verməyib və biz belə bir şeyə heç vaxt icazə verməyəcəyik”.
– İsrail mənbələrinin məlumatına görə, Likud partiyasından olan bir sıra sionist Knesset üzvləri Qüds şəhərində təxribat xarakterli bayraq yürüşündə iştirak edəcəklər.
– Mayın 27-də Beytləhmin cənubundakı Xızır qəsəbəsində fələstinlilərlə İsrail qüvvələri arasında baş verən qarşıdurma zamanı bir fələstinli uşaq İsrail əsgərləri tərəfindən şəhid edilib.
– İbrani mənbələri İsrail rejimi rəsmilərinə istinadən bildiriblər ki, işğal altındakı Qüdsdəki mühacirlərin bayraq yürüşü plan üzrə sabah (29 may 2022-ci il) keçiriləcək.
– Sionist rejim işğal olunmuş ərazilərdə gərginliyin və toqquşmaların artması qorxusundan ABŞ-ın Qüdsdə təxribatçı bayraq yürüşünün keçirilməsi qərarının yenidən nəzərdən keçirilməsi tələbini qəbul etməyib.
– Mayın 26-da İsrailə məxsus Sky Lark kəşfiyyat PUA-sı Livanın cənubundakı İta Əl-Şəəb qəsəbəsi ilə Rəmiş qəsəbəsi arasındakı ərazidə süqut edib.
– Amerikanın “New-York Times” qəzeti iddia edib ki, sionist rejim rəsmiləri şəhid Səyyad Xodainin öldürülməsinin bu rejimin agentlərinin işi olduğunu ABŞ hökumətinə çatdırıblar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir