İslam İnqilabı Keşikçiləri Korpusu iki Yunan tankerini ələ keçirib

Şənbə 28 May 2022 - 09:03
https://az.iswnews.com/?p=7888

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran tankerinin Yunanıstan tərəfindən qeyri-qanuni olaraq ələ keçirilməsinə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində iki Yunan tankerini ələ keçirib.

İslam İnqilabı Keşikçiləri Korpusundan verilən açıqlamaya görə, Yunanıstan tərəfindən bir İran tankerinin ələ keçirilməsi və neftinin amerikalılara təhvil verilməsindən sonra, İran İnqilabı Keşikçiləri Korpusunun donanması iki Yunan tankeri olan Delta Poseidon və Prudent Warrior-u körfəz sularında ələ keçirib.

Qeyri-rəsmi mənbələrə görə, Delta Poseidon tankeri İraqın cənubundakı Bəsrə limanından Agivi Theodoroi tankerinə yük daşıyırmış ki, hərbi helikopterlərin iştirakı ilə SEPAH donanması tərəfindən Əsəlluye sahillərində saxlanılıb. Lənqe sahillərində “Prudent Warrior” tankeri də ələ keçirilib və yük və onun necə ələ keçirildiyi barədə məlumat verilməyib.
Yunanıstan tankerlərinin ələ keçirilməsindən sonra Yunanıstan Xarici İşlər Nazirliyi İranın hərəkətinə etiraz edərək, tankerlərin və onların ekipajının azad edilməsini tələb edib. Yunanıstan İranın bu hərəkətini oğurluq adlandırıb və deyib: “İranın bu hərəkəti ikitərəfli əlaqələr və Avropa İttifaqı (Yunanıstanın üzvü olduğu) ilə əlaqələr üçün xüsusi mənfi nəticələrə səbəb olacaq.

Yunanıstan tankerlərinin ələ keçirilməsi bu ölkənin beynəlxalq gəmiçilik və dəniz protokollarını pozaraq İran tankerini ələ keçirdiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, son günlər İran neft tankerinin ələ keçirilməsinin nəticələri ilə bağlı xəbərdarlıq etmiş və onun azad edilməsini tələb etmişdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir