Seyid Həsən Nəsrullah: Məscidül-Əqsaya basqın bölgədə böyük partlayışa səbəb olacaq + VİDEO

Cümə axşamı 26 May 2022 - 19:10
https://az.iswnews.com/?p=7802

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü axşam Livanın sionist rejimdən azad edilməsinin ildönümü və Müqavimət Günü münasibətilə çıxış edib.

Seyid Həsən çıxışının əvvəlində Livanın azad edilməsinin ildönümünü təbrik edərək dedi: Uca Allaha şükür edirik ki, bizi müqavimət yoluna yönəltdi. Nə ərəb rejimlərindən, nə Birləşmiş Millətlər Təşkilatından, nə də Təhlükəsizlik Şurasından heç bir kömək gözləmirdik.

Nəsrullah Livanın azadlığı üçün fədakarlıq edən döyüşçülərə, xüsusilə də şəhidlər və onların ailələrinə təşəkkür edib və deyib: Qazilərə gördükləri işlərə və illərlə işğalçıların həbsxanalarında yatmış məhbuslara təşəkkür edirik. Gənclik illərini cihad meydanlarında keçirən mücahidlərə və sabit və səbirli Livan xalqına da təşəkkür edirik. Livan ordusuna, xüsusilə də 1990-cı illərdə son illərdəki hərəkətlərinə, müqavimətlə həmrəyliklərinə, eləcə də Suriya ordusuna və Fələstin müqavimət qruplarına təşəkkür edirik.

Livan Hizbullahının baş katibi müqavimət komandirlərinə təşəkkür edib və deyib: Biz İran İslam Respublikasına göstərdiyi köməyə və heç bir yardımdan imtina etmədiyinə görə təşəkkür edirik. Onların köməyi artıq heç kimdən gizli deyil, xüsusən də şəhid Hacı Qasım Süleymaninin oynadığı rol.

O, vurğuladı: Livanlılar bu [sionist] rejimin əsl simasını bilməlidirlər; Normal görünməyə, sivil olmağa çalışan rejim məhvə məhkumdur. Bütün bu fədakarlıqları xatırlamaq lazımdır, çünki bu qələbə əbəs yerə deyil, qanla, göz yaşıyla, əllə, barmaqlarla tətiyə, ağıl, ürək və iradə ilə əldə olunub. İşğalçılara müqavimət göstərənlər də, öz vətəninin xalqına qarşı sui-qəsd təşkil edənlər də xalqa təqdim olunmalıdır.

Nəsrullah əlavə edib: 2000-ci ilin zəfəri bu yenilməz ordunun imicini məhv etdi, böyük “İsrail” planının tabutuna son mismar vurdu və Fələstin xalqına bir daha torpaqlarının azad olunması ümidi verdi. Bu qələbə düşmənin ordunun komandanlığı altında sərhəd rayonları yaratmaq planını məhv etdi. Sionist rejimin çıxmaq planı var idi və öz maşınlarını Livan ərazisi daxilində tərk etmək istəyirdi ki, sərhəd xətti Cənubi Livan ordusunun əlində olsun ki, müqavimətlə üzləşsinlər və vətəndaş müharibəsi və məzhəb savaşı alovlandırsınlar, lakin müqavimət cəld hərəkət edərək bu təhlükəli fitnənin qarşısını aldı.

Hizbullahın baş katibi deyib: “Hörümçək evi” sözü rejim liderlərinin və onların ordularının beynində dərin iz qoyub. Onlar indi səksəninci illərin böhranı ilə mübarizə aparırlar. Keçmiş baş nazir Benyamin Netanyahu tərəfindən etiraf edilən 2000-ci ildə Livanda məğlubiyyətdən sonra sionist rejimin gücü zəifləyib.

O, bəyan etdi: Qalib gəlib hökumət iddiası etməyən yalnız Livan müqaviməti, xüsusilə Hizbullah idi. Biz bunu hakimiyyət üçün yox, torpağın, xalqın azadlığı, milli ləyaqət uğrunda mübarizə apardığımız üçün etdik. Biz hökumətə daxil olanda müqaviməti qorumaq və dəstəkləmək üçün bunu etdik, hökumətin tərkibinə daxil olanda isə xalqın işinin ardınca getdik.

Seyid Həsən bölgədəki vəziyyətə toxunaraq deyib: Yaxın günlərdə Fələstində hadisələr baş verə bilər və bu hadisələr böyük partlayışa səbəb ola bilər. Bu bir faktdır. İsrailin bayraq yürüşü böyük təxribatdır və biz Qubbətus-Saxra məscifinin dağıdılması çağırışlarınının şahidiyik. Fələstin müqaviməti cavab məsələsində yekdildir və Fələstinin daxilində hər şey partlaya bilər.

Hizbullahın baş katibi xəbərdarlıq edib: Məscidül-Əqsa və Qubbətus-Saxraya qarşı hər hansı bir hərəkət bölgəni məhv edəcək və bölgədə böyük partlayışa səbəb olacaq. Düşmən kritik vəziyyətdədir və daxildə ciddi parçalanma ilə üzləşir.

Nəsrullah çıxışına davam edərək dedi: Sizdən xahiş edirəm ki, ətrafımızda baş verənlərdən xəbərdar və buna hazır olun. Bunun region üçün təhlükəli nəticələri olacaq və təbii ki, bu, düşmənin axmaqlığından asılıdır.

O, sonda deyib: “İsrail hərbi təlimi təxminən bir həftə sonra başa çatacaq. Biz də həmişə olduğu kimi tam hazırlıq vəziyyətindəyik. Mən sərhədlərdəki əzizlərim və qardaşlarım olan müqavimət mücahidlərini səbr və cihadlarına görə salamlayıram.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir