Türkiyə xarici işlər nazirinin işğal altındakı Fələstinə səfəri

Cümə axşamı 26 May 2022 - 16:09
https://az.iswnews.com/?p=7768

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 15 ildən sonra Türkiyənin xarici işlər naziri işğal altındakı Fələstinə iki günlük səfər edib.

Mayın 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ben-Qurion hava limanına uçub və orada onu İsrailin Ankaradakı səfirliyinin rəhbəri və Türkiyənin İsraildəki səfirliyinin rəhbəri də daxil olmaqla bir sıra israilli diplomatlar qarşılayıb və Ramallah şəhəri tərəfə yola düşüb.

Ramallaha gedən Çavuşoğlu, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki tərəfindən qarşılanıb və daha sonra Türkiyə-Fələstin Birgə Komitəsində iştirak edib. O, görüşdən sonra Fələstin Milli İdarəsinin prezidenti Mahmud Abbasla da görüşərək Fələstin məsələsini və bölgədəki son hadisələri müzakirə edib.

Türkiyənin xarici işlər naziri işğal olunmuş Fələstinə səfərindən sonra İsrail Xarici İşlər Nazirliyinin binasında bu ölkənin xarici işlər naziri Yair Lapid ilə görüşüb.

Qeyd edək ki, bu, Türkiyə xarici işlər nazirinin son 15 ildə işğal olunmuş Fələstinə ilk səfəridir.
Çavuşoğlunun işğal olunmuş Fələstinə səfərini nəzərə alsaq, Türkiyə İsraillə münasibətlərdə yeni səhifə açmağa və rejimlə əlaqələri gücləndirməyə qərar vermiş kimi görünür.

Daha çox oxuyun:
Ərdoğanın Ankarada sionistləri səmimi qarşılaması
Türk diplomat: İsrail və Türkiyənin birgə təhlükəsizlik təhdidləri var!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir