Fələstində baş verən son hadisələr, 24 May 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin Müharibə Naziri Beni Gantz deyib: “Fələstin müqavimət dəstələrinin bütün təhdidlərinə baxmayaraq, bayraq yürüşü təyin olunmuş gündə (gələn bazar günü) və planlara uyğun olaraq baş tutacaq”.
– İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində beş fələstinlini həbs edib.
– İşğalçı İsrail qüvvələri Qalkiliyadakı divarının yaxınlığındakı məscidi söküblər.
– Reuters xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi HƏMAS İslami Müqavimət Hərəkatı ilə əlaqəsi olan 4 şəxs və 6 şirkətə qarşı sanksiya tətbiq edib.
– Sionist rejim əsgərləri İslami Cihad döyüşçülərindən birini həbs etmək məqsədi ilə Cənin məntəqəsinə hücum edərək müqavimət qüvvələri ilə qarşıdurma yaşayıblar.
– “The Times of Israel” yazıb: “Bəzi mənbələrdən gələn xəbərlər göstərir ki, Hindistanda (İsrail) səfirin həyat yoldaşının yaralandığı İsrail diplomatına qarşı hücum və qarşısı alınan Taylanddakı bomba partlayışının proqramı “Səyyad Xodai” tərəfindən planlaşdırılıbmış!
– Sionist rejimin daxili kəşfiyyat xidməti (Şabak) HƏMAS-a bağlı bir komandanın Qüdsdə ifratçı Knesset üzvü İtmar bin Qafirə qarşı sui-qəsd planı hazırladıqları üçün həbs olundualarını açıqlayıb.
– İbrani dilində nəşr olunan “İsrael Hume” qəzeti İsrailin xarici işlər naziri Yair Lapidin Avropa səfərinin siyasi böhran və rejimin koalisiya hökumətinin dağılması ehtimalı səbəbindən ləğv edildiyini yazıb.
– İsrailin Müharibə Naziri: Fələstin müqavimət dəstələrinin bütün təhdidlərinə baxmayaraq, bayraq yürüşü təyin olunmuş gündə (gələn bazar günü) və planlara uyğun olaraq keçiriləcək.
– Çərşənbə axşamı günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu işğal altındakı Fələstinə səfərini başlayıb.
Rəy