Bağdadda Viktoriya bazasına PUA hücumu olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu gün səhər Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya bazasındakı amerikalı işğalçıların mövqeləri İraq müqaviməti tərəfindən PUA hücumu ilə hədəfə alınıb.
İlkin məlumata görə, hücum bir neçə kamikadze PUA-sı vasitəsilə həyata keçirilib. Hücumla bağlı əlavə məlumat verilməyib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamasına görə, bu, 2021-ci il 21 mart tarixindən bu yana İraq müqavimət dəstələrinin Amerika işğalçılarına qarşı 32-ci PUA-raket hücumudur. Bunlardan 5-i Viktoriya bazasına qarşı PUA hücumu İraq müqavimət dəstələri tərəfindən həyata keçirilib.
Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları
Rəy