İran prezidentinin Omana səfərinin əsasını regional əlaqələrin genişləndirilməsi təşkil edir + FOTO və VİDEO

Çərşənbə axşamı 24 May 2022 - 06:33
https://az.iswnews.com/?p=7629

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran prezidenti Höccətülislam vəl Muslimin Rəisi Oman sultanı Kral Heysəm bin Tariq Ali Səidin rəsmi dəvəti ilə Omanın paytaxtı Məskət şəhərinə səfər edib.

İran prezidentini Məskət hava limanına çatdıqdan sonra Sultan Heysəm və ölkənin digər yüksək vəzifəli şəxsləri qarşılayıb, Oman Sultanı sarayında İran nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.

İranın Omandakı səfirinin sözlərinə görə, səfər qonşu ölkələr, o cümlədən Omanla iqtisadi və ticarət əlaqələrini gücləndirmək məqsədi daşıyıb. Həmçinin Aşqabad sazişinin aktivləşdirilməsi (İran, Oman, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Hindistan arasında beynəlxalq nəqliyyat sazişi), qaz ixracı, turizm və müalicə turizmi sazişlərinin imzalanması, İran-Səudiyyə Ərəbistanı danışıqları, Yəmən müharibəsinin başa çatması və s. kimi məsələlər iki ölkənin rəsmiləri arasında danışılacaq mövzulardan olacaq.

Oman hökmdarlarının son yarım əsrdə sabit əməkdaşlıq və İranla münasibətlərə isti yanaşması bu hökumətin daxili sabitliyinə və Qərbi Asiya regionunun ərəb ölkələri arasında xarici mövqelərinin yüksəldilməsinə səbəb olub. Ali Səud İrana qarşı Sultan Heysəmin dəstəyini cəlb etmək üçün bir çox cəhdlər etdi, lakin mərhum Sultanın mötədil siyasətinin davam etdirilməsi bu cəhdlərin qarşısını aldı.

Oman İran prezidentini Məskət hava limanında və Sultan Heysəm Bin Tariq sarayında rəsmi qarşılayıb
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir