İraqda baş verən son hadisələr, 22 May 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 2-ci, 21-ci və 33-cü Briqadaları İraq ordusu qüvvələri ilə birlikdə Mosulun qərbindəki Əl-Ətşanə dağında təhlükəsizlik əməliyyatına başlayıblar.
1- Əl-Ənbar:
– Mayın 22-də İraq əsgəri aldığı xəsarətin ağırlığına görə şəhid oldu. O, Əl-Ənbarın cənubunda İŞİD ünsürləri ilə toqquşma zamanı yaralanmışdır.
– Mayın 21-də Həşd-Şəəbi qüvvələri Əl-Ənbar vilayətinin Əl-Kərma şəhərində İŞİD üzvü olan “Əbu Vəssam” kimi tanınan “Mustafa Adnan Matar Saleh əl-Ubeydi” adlı şəxsi həbs ediblər.
– Mayın 22-də İraq ordusunun Əl-Ənbar vilayətində Sərsar gölü yaxınlığında İŞİD-in avtomobilinə endirdiyi hava zərbəsi nəticəsində üç İŞİD üzvü öldürülüb.
2- Neynəva:
– Mayın 21-də Mosulun şimalındakı Zelkan bölgəsindəki türk hərbi bazasına iki kamikadze dron ilə hücum olunub. Hücum zamanı iki türk əsgərinin və bir türk ordusunun əməkdaşının həlak olduğu bildirilir.
– Mayın 22-də Həşd-Şəəbi Təşkilatının 2-ci, 21-ci və 33-cü Briqadaları İraq Ordusu qüvvələri ilə birlikdə Mosulun qərbində yerləşən Əl-Ətşanə dağında təhlükəsizlik əməliyyatına başlayıblar.
3- Bəsrə:
Mayın 22-də İraqın cənubunda Bəsrənin cinayət məhkəməsi əyalətdə bomba yüklü avtomobili partladan terrorçuya ölüm hökmü oxuyub.
4- PKK qrupunun cəbhə komandirlərindən biri “Əfyən Həsəkə” və digəri “Simaf Məhəmməd Hüseyn” adlı şəxs Türkiyə ordusunun İraqın şimalına etdiyi hava hücumunda həlak olub.
5- Əsaib Əhlil-Həqq dəstəsinin baş katibi Qeys əl-Xəzəli vurğulayıb ki, İraqda siyasi böhrandan yeganə məntiqli çıxış yolu parlamentdəki əldə olunmuş seçkilərin ləğv olunması və təkrar seçkilərin keçirilməsidir.
6- Mayın 22-də İraq parlamentinin sədri Məhəmməd əl-Həlbusi Qüdsü işğal edən rejimin (İsrail) adının düzgün daxil edilməməsi səbəbindən Misirin paytaxtı Qahirədə Ərəb Parlament İttifaqının yekun bəyanatına düzəliş edilməsini istəyib.
Rəy