Səədənin şərq cəbhəsindən ən son xəbərlər, 1 fevral 2022 + Xəritə
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Yəmənin şimal-qərbində həyata keçirdiyi əməliyyat zamanı Səədə əyalətinin şərqi Səhra bölgəsinin 160 kvadrat kilometrdən çox ərazisini Səudiyyə Ərəbistanının nəzarətindən azad edib.
Ənsarullah əməliyyat zamanı Tibə Əl-İsm, Əl-Qəzamil, Əl-Qahirə, Əl-Rəbəə, Əl-Rəmlə Əl-Səvda və Əl-Məhur bazalarını Səudiyyə koalisiyasının nəzarətindən azad edib.
Əməliyyatdan əvvəl Ənsarullah 24 dekabr 2021-ci ildə Fəcr Əs-Səhra əməliyyatı zamanı Əl-Yətmə şəhərini və ətrafını azad etmişdi. Ənsarullahın bu sahələrdə irəliləyiş istiqamətini nəzərə alsaq, Ənsarullahın bu əməliyyatlarda hədəflərinin belə olduğu görünür:
1- Əl-Cəvf vilayətinin şimalındakı dağlıq ərazilərin və Səədə vilayətinin sərhədyanı ərazilərinin Səudiyyə koalisiyasının nəzarətindən azad edilməsi.
2- Kiçik şəhərlərə gedən ərazilərin və yolların təhlükəsizliyinin təmin edilməsi: Kətaf, Əl-Yətmə və s.
3-Mərib döyüşlərində başqa cəbhələrdən gələn təzyiqlərin azaldılması və istefa vermiş hökumətin bu cəbhəyə olan diqqətinin azaldılması.
4- Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrinə təzyiqin artması, bu da Səudiyyə koalisiyasını bu ərazilərə daha çox quru qüvvələri yerləşdirməyə məcbur edəcək.
Ənsarullahın bölgədəki gələcək əməliyyatları üçün mümkün hədəfləri Əl-Ətfəyn bölgəsi, Əl-Əcaşir bazası, Əl-Bəqəə qəsəbəsi və nəhayət, Əl-Xədra sərhəd keçid məntəqəsi kimi yerləri ehtimal vermək olar.
Rəy