İraqın şimalında Türkiyə hərbi bazasına dron hücumu olub

Bazar 22 May 2022 - 01:46
https://az.iswnews.com/?p=7523

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Neynəva əyalətinin şimalında yerləşən Zelkan bölgəsindəki Türkiyə hərbi bazası “Əhrar Sincar” qrupunun dronu ilə hədəfə alınıb.

İlkin məlumata görə, Mosulun şimalındakı Zelkan bölgəsindəki Türkiyə hərbi bazası iki kamikadze dronu ilə hücuma məruz qalıb. Hücum zamanı iki türk əsgərinin və bir türk ordusunun əməkdaşının həlak olduğu bildirilir.

Hücuma görə məsuliyyəti Əhrar Sincar qrupu üzərinə götürüb.
“Əhrar Sincar” qrupunun sözçüsü “Dərman Tavus Məlik” açıqlama verib:
“Biz türk işğalçılarına İraqa və onun təhlükəsiz şəhərlərinə təkrar-təkrar hücumların davam etdirilməsinin nəticələri barədə xəbərdarlıq etdik və əməliyyatımız bu ölkənin Kərkük və Duhok ətrafında son işğallarına cavab olaraq həyata keçirildi. İki pilotsuz təyyarə ilə işğalçı türklərin Bəşiqədəki bazasını hədəf aldıq. İki pilotsuz təyyarə öz hədəflərini yüksək dəqiqliklə vurub və ilkin məlumata görə, işğalçı türklərə maddi və insan ziyanı vurub. İşğalçılar vəhşilik və təcavüzkarlıqlarını davam etdirdikcə əməliyyatımız davam edəcək və daha əvvəl dediklərimizi təsdiq edirik ki, İraq ərazisinin hər yerinə hücumu Sincara hücum kimi qiymətləndiririk“.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamasına əsasən bu, 2022-ci ilin 21 martından bəri Bəşiqə hərbi bazasına beşinci hücumdur.

Daha çox oxuyun:
İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub

Hücumda istifadə edilən dronlardan biri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir