İraqda baş verən son hadisələr, 21 May 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq ordusu və Həşd-Şəəbi Təşkilatının 51-ci briqadası Salahəddin əyalətindəki Məkhul dağlarında birgə təhlükəsizlik əməliyyatına başlayıblar.
1- Bağdad:
Mayın 20-də İraq ordusu qüvvələri Bağdadın şimalındakı Tarimiyyə bölgəsində İŞİD terrorçularına qarşı hücuma keçiblər.
2- Səlahəddin:
– Mayın 19-da İraq Ordusunun qüvvələri və Həşd-Şəəbi Təşkilatının 51-ci Briqadası Salahəddin əyalətindəki Məkhul dağlarında birgə təhlükəsizlik əməliyyatına başlayıblar.
– Mayın 20-də İŞİD ünsürləri Tuz Xurmato yaxınlığındakı Həşd-Şəəbi Təşkilatının 25-ci briqadasının qərargahını minaatanlarla hədəfə alıblar. Hücum nəticəsində ölən olmayıb.
– Mayın 17-də İŞİD terrorçuları Tuz-Xurmatonun qərbində bir çobanı qaçıraraq şəhid ediblər.
– Mayın 16-da Tikritin şərqindəki əl-İis bölgəsinə İŞİD ünsürlərinin hücumu nəticəsində Həşd-Şəəbi Təşkilatının 22-ci Briqadasının iki üzvü şəhid olub.
3- Babil:
Mayın 19-da İraq müqavimət dəstələri Babil vilayətində ABŞ-ın iki hərbi logistik karvanına hücum ediblər.
4- Diyalə:
– Mayın 20-də İŞİD ünsürləri minaatanlarla Qəre Təppe ərazisini hədəfə alıblar.
– Mayın 16-da İŞİD ünsürlərinin Əl-Əzim bölgəsindəki kənd təsərrüfatı fermalarına hücumu nəticəsində 3 İraq vətəndaşı şəhid olub.
– Mayın 16-da Əbu Xənazir kəndində bomba partladılıb, nəticədə bir iraqlı polis şəhid olub, üç nəfər yaralanıb.
5- Neynəva:
Mayın 19-da Mosulun cənubundakı Şavan bölgəsində baş verən partlayış nəticəsində iki nəfər ağır yaralanıb. İraq təhlükəsizlik rəsmiləri partlayışın İŞİD tərəfindən törədildiyini bildirib.
6- Kərkük:
– Mayın 21-də İŞİD qruplaşması Daquq ərazisində buğda sahəsinin yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
– Mayın 21-də Türkiyə qırıcıları İraqın hava məkanına daxil olaraq Kərkük vilayətindəki hədəflərə hücum edib.
7- Ziqar:
Mayın 19-da Ziqar vilayətində Amerika işğalçılarının logistik karvanı İraq müqavimət dəstələrinin hədəfinə çevrildi.
8- Əl-Müsənna:
Mayın 19-da İraq müqavimət dəstələri əl-Muthanna əyalətində amerikalı işğalçıların logistik karvanını hədəfə alıblar.
9- Türkiyə ordusunun İraqın şimal bölgələrində həyata keçirdiyi əməliyyatın davamında “Tunahan Erbaşı” adlı türk əsgərlərindən biri PKK silahlılarının yerləşdirdiyi partlayıcı qurğu ilə həlak olub.
10- Mayın 18-də İranın Bağdaddakı yeni səfiri Məhəmməd Kazım əl-Sadeq İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşüb. Görüş zamanı Əl-Kazimi ikitərəfli münasibətlərin dərinliyini və onların iki xalqın və regiondakı bütün xalqların mənafeyinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
11- Mayın 18-də İraqın Birgə Əməliyyatlar Qərargahının komandan müavini müdafiə obyektlərinə baş çəkmək üçün İraq və Suriyanın beynəlxalq sərhədlərinə səfər edib.
Rəy