Cənubi Qafqaz ölkələrindəki böhran

Çərşənbə axşamı 17 May 2022 - 06:30
https://az.iswnews.com/?p=7244

Cənubi Qafqaz ölkələri çətin və böhranlı günlərini yaşayır və hər üç ölkə, Azərbaycan, Ermənistan və Gürcüstan böhrana doğru gedir.

Cənubi Osetiya Gürcüstanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına daxil olmaq üçün referendumun keçiriləcəyi tarixi açıqlayıb. De-fakto prezident Anatoli Bibilovun sözlərinə görə, referendum bazar ertəsi (iyulun 17-də) keçiriləcək. Osetiyanın Ali Məhkəməsi də referendumu təsdiqləyib.

Region Sovet İttifaqının dağılmasından sonra Gürcüstan Respublikasının hakimiyyətini qəbul etməyib və iki dəfə Gürcüstan ordusu ilə müharibə vəziyyətində olub. Referendumun tarixinin açıqlanması Qafqazda gərginliyin daha da artmasına səbəb ola bilər.

İran-Ermənistan gömrük rüsumundan azad olma sazişinə son qoyuldu

İran İslam Respublikası Yollar və Şəhərsalma Nazirliyinin Yol və Nəqliyyat Təşkilatı verdiyi bəyanatda qeyd edib: Ermənistan 2018-ci ildən bəri 2004-cü il Ticarət Müqaviləsini birtərəfli qaydada pozub. Həmin bəyanata görə, 2021-ci ilin əvvəlindən Ermənistanın Moqari sərhəd terminalında gömrük rüsumları ödənilmədən yüklərin boşaldılması və yüklənməsi mümkün deyil.

Avtomobil Nəqliyyatı Təşkilatı Norduz gömrükçülərindən mayın 22-dən etibarən Ermənistan dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən 120 ABŞ dolları məbləğində gömrük rüsumunun alınmasını istəyib.

2004-cü ilin may ayında imzalanmış razılaşmaya əsasən, İran və Ermənistan dövlət nömrə nişanlı yük maşınları gömrük rüsumundan azad edilib. İrəvanda baş verən məxməri inqilabdan və Nikol Paşinyanın prezident seçilməsindən sonra bu gömrük rüsumları birtərəfli qaydada ləğv edilib.

Bu xəbərin açıqlanması İrandan sürücülərə və erməni şirkətlərinə malların daşınması xərclərini artıracaq.

Ermənistanın paytaxtı İrəvanda etirazlar davam edir

Ermənistan parlamentinin azlıq təşkil edən fraksiyaları öz tərəfdarlarını paytaxt İrəvanda aksiya və yürüş keçirməyə çağırmaqda davam edir. Son 10 gün ərzində baş nazirin siyasətinə etiraz edənlər paytaxtın bəzi küçələrini bağlayıb və ya Xarici İşlər Nazirliyi, parlament binası qarşısına və Respublika meydanına toplaşıblar. Etirazçılar hökumətdən qondarma Dağlıq Qarabağ ermənilərinin və de-fakto Artsax hökumətinin taleyinin təhvil verilməsi ilə bağlı ticarət etməməyi, sərhəd məntəqələrinin Azərbaycana verilməsinin qarşısını almağı və baş nazirin istefasını tələb ediblər.

Polis həmçinin etirazçıların sıralarına hücum edərək yüzlərlə etirazçını həbs edib.

Ermənistanda Soros Fondunun bağlanmasına cəhd

Erməni hüquqşünas Tiqran Atansyan öz Facebook səhifəsində bir qrup hüquqşünasın Yerevanda Corc Soros Fondunun fəaliyyətini dayandırmağa cəhd etdiyini açıqlayıb.

“Ermənistan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ləğvetmə ilə bağlı məhkəməyə müraciət edəcəyik”, o deyib. Ermənistan Konstitusiyasının bu maddəsinə görə, əgər hansısa təşkilat və ya fond ictimai asayişi, təhlükəsizliyi, sağlamlığı və mənəviyyatını təhlükə altına atarsa, məhkəmə qərarı ilə fəaliyyəti qadağan ediləcək.

Ermənistan hökumətinin əleyhdarları iddia edirlər ki, Corc Soros Amerika Fondu demokratiya və açıq cəmiyyət kimi bəyan etdiyi sosial məqsədlərinə məhəl qoymayaraq, Nikol Paşinyanı ərsəyə gətirib və etirazları idarə etməklə çoxlu pullar ödəyib.

Bakıda müxalifətin mitinqi

Şənbə günü, mayın 14-də saat 15:00-da Bakının Fəvvarələr Meydanında onlarla Azərbaycan Respublikası vətəndaşı hökumətə və prezidentin ailəsinə qarşı yürüş keçirib.

İştirakçılar hökumətin korrupsiyasına qarşı şüarlar səsləndiriblər. “Biz cinayətkar və mafiya hökuməti istəmirik” dedi iştirakçılardan biri. Biz Kolumbiyada yaşamırıq və bir gənc olaraq ölkəmizdə qalmaq üçün biz demokratik hökumət və cəmiyyət istəyirik. İştirakçılar həmçinin ədalət və qanunun icrasını tələb ediblər, medianın məhdudlaşdırılması qanununa qarşı şüarlar səsləndirib və hökuməti jurnalistləri öldürməkdən və təqib etməkdən çəkinməyə çağırıblar.

Digər iştirakçı deyib ki, Azərbaycan bizim vətənimizdir və biz burada yaşamalıyıq. Biz polis dəyənəklərindən qorxmuruq. İlham Əliyev milyonlarla manat oğurlayıb və o pulla dolana biləcəyini düşünməsin. İlham Əliyev hakimiyyətinin sonu yaxınlaşır və xalq Əliyev hakimiyyətinə son qoyacaq. Yolun sonuna qədər susmayacağıq və istəyimizdən əl çəkməyəcəyik.

Mitinqdə bir sıra müstəqil media fəalları, siyasi məhbusların və ictimai fəallarının ailələri, Ermənistanla müharibədə şəhid olanların ailələri iştirak ediblər. Polis onların aksiyanı davam etdirməsinə və Daxili İşlər Nazirliyinin binasına doğru hərəkət etməsinə mane olub və bəziləri həbs edilib.

Azərbaycan dövlət medialarının İrana qarşı yeni ittihamı

İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin yerli əməkdaşı, daha çox Hüseyniyyənin Sübhanı kimi tanınan Sübhan Məstəliyev mayın 12-də, cümə axşamı səhər saatlarında Azərbaycana qayıdarkən həbs edilib.

Azərbaycanın dövlət mediaları onun mədəniyyət mərkəzinin yerli əməkdaşı olmadığını, Ali məqamlı rəhbərin Bakıdakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın şəxsi mühafizəçisi olub və həbs olunan zaman çantasından ​​148 min dollar pul tapılıb.

Təbii ki, Azərbaycan Respublikasının qanununa görə, yerli və xarici səyahətçilərlə 10 min dollardan artıq pulun gəlməsi gömrük orqanlarına bildirilməlidir, lakin görünən odur ki, bu məsələ daha çox onu və İran İslam Respublikasını ittiham etməkdən ibarətdir.

Azərbaycan mediaları iddia edir ki, Sübhan Məstəliyev dollarları Ərdəbilə gedərək, Azərbaycana qayıdarkən təxribat və casusluq etmək məqsədilə Ocaqnejadla və İranlı hərbi vəzifəlilərlə, o cümlədən İnqilab Keşikçiləri Korpusunun bir neçə komandiri ilə görüşərək alıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir