Azərbaycanda din xadimlərini artıq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi təyin edəcək
İslam Dünyası Xəbərləri informasiya mərkəzi Reporta istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik layihəsini ictimaiyyətə təqdim edib.
“Report”un məlumatına görə, bu qanunun 8-ci maddəsində edilən dəyişikliyə əsasən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu qanun təsdiq olunaraq dərc edildikdən sonra dini ibadətgahlar və ziyarətgahlarda çalışan müsəlman din xadimlərinin səlahiyyətlərini müəyyən edir. Bu komitə Azərbaycanın Baş nazirinin, Milli Təhlükəsizlik Təşkilatının və Daxili İşlər Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir.
Əsas qanunvericiliyə görə, bu yerlərdə fəaliyyət göstərən din xadimləri dövlət məmurlarının tapşırığı ilə beş ildə bir dəfə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilirdi.
Bu qanunun qəbulu və həyata keçirilməsi Qafqaz Müsəlmanları İdarəsinə daha çox məhdudiyyətlərin icarsı deməkdir. Komitənin hökumətin bütün fəaliyyətlərinə reaksiyası göstərir ki, bu komitə hökuməti dəstəkləməklə yanaşı, xalqı dövlət məmurlarının etdiklərini qəbul etməyə sövq edir.
Din xadimlərinə məhdudiyyətlər, dini fəaliyyətləri və dini qurumların təsirini azaltmaq hökumətin və ölkə parlamentinin planlaşdırdığı bu cür qanunların məqsədlərindəndir.
Bundan əvvəl qadınlara ictimai yerlərdə hicab taxmağı, məscid və ziyarətgahlarda azan verliməsini qadağan edən, uşaq və yeniyetmələrin dini məkanlarda iştirakını qadağan edən qanun qəbul edilmişdi və bütün bunlar etirazçıların səyləri nəticəsində ləğv edilmişdi.
Bununla belə, 50-dən çox adamın COVİD-19 epidemiyası bəhanəsi ilə məscidlərdə olmasını və binalarda dini bayraqların asılmasını qadağan edən qanun parlament və hökumət tərəfindən hələ də icra olunur.
Qeyd edək ki, hökumət praktiki olaraq ölkənin dini ayinlərinə və simvollarına qarşı çıxmağa çalışır. Baxmayaraq ki, Azərbaycan Respublikasının əhalisinin əksəriyyəti müsəlmandır və 12-İmamlı Şiə, Hənəfi və Şafei sünnilərinə mənsubdur. Ölkənin müsəlman əhalisinin təxminən 90%-i şiələrdir ki, bu da İslam ölkələri arasında ən yüksək faiz hesab olunur.
Rəy