İraqda baş verən son hadisələr, 8 May 2022

Bazar 8 May 2022 - 23:43
https://az.iswnews.com/?p=6733

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Həşd-Şəəbi Təşkilatının 27-ci Briqadasının qüvvələri Fəllucənin kənarında İŞİD ünsürlərinin hücumuna qarşı çıxıblar.

1- Bağdad:
– Mayın 4-də Bağdadın şərqindən atılan Katyuşa raketi İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat rəisi Əhməd Əbu Raqifin Bağdadın əl-Karada bölgəsindəki evinə dəyib. Hadisə nəticəsində insan tələfatı olmasa da, Əbu Raqifin evinin bir hissəsi “Katyuşa” raketi ilə zədələnib.
– Mayın 4-də Bağdadın şimalındakı Tarimiyyə bölgəsində İŞİD ünsürləri ilə toqquşma zamanı İraq ordusunun bir əsgəri yaralanıb.

2-Neynəva:
– Mayın 3-də İraq Ordusunun Birləşmiş Qərargah Rəisləri və Birgə Əməliyyat Qərargahı komandirinin müavini Sincar şəhərinə səfər edərək ordu və yerli polisdən başqa hər hansı bir silahın daşınması barədə göstəriş verib.
– Mayın 7-də İraq Hərbi Hava Qüvvələri Mosulun cənubunda İŞİD ünsürlərini daşıyan maşını məhv edib. Bu hücum nəticəsində 3 İŞİD terrorçusu məhv edilib.

3- Kərkük:
– Mayın 3-də İŞİD ünsürləri Həşd-Əl-Əşairi döyüşçülərindən birini qaçırdıqdan sonra şəhid ediblər. İŞİD ünsürləri Alton Kuperdə iraqlı döyüşçünün evinə basqın edərək onu ələ keçiriblərmiş.
– Mayın 5-də peşmərgə qüvvələri Kərkükün şimalında bir bölgədə İŞİD-in hücumunun qarşısını alıb. Bu qarşıdurma itkisiz olub.
– Mayın 6-da İŞİD ünsürləri Alton Kuper yaxınlığındakı Peşmərgə mövqelərinə hücum edib.

4- Diyalə:
– Mayın 3-də İraq ordusu qüvvələri İŞİD ünsürlərinin Əl-Əzim bölgəsinə hücumunu dəf edib. Qarşıdurma zamanı İraq ordusuna məxsus termal kamera məhv edilib.
– Mayın 4-də İŞİD ünsürləri Diyalə vilayətinin Meqdadiya şəhərinin kənarında yerləşən daş zavoduna hücum ediblər. Qarşıdurma zamanı bir İŞİD üzvü zavodun mühafizəçisi tərəfindən öldürülüb.
– Mayın 6-da İŞİD ünsürləri İraq Silahlı Qüvvələrinin Xanəqindəki qərargahlarından birinə hücum edib. Hücumun təfərrüatları açıqlanmayıb.
– Mayın 6-da İraq təhlükəsizlik qüvvələri Cəlalabadın kənarında İŞİD ünsürlərinin hücumunun qarşısını aldı. Qarşıdurmada iki İraq əsgəri yaralanıb.

5- Meysan:
Mayın 6-da İraqın Bədr Təşkilatının baş katibinin müavini Əbdül Kərim əl-Ənsari Meysan vilayətində avtomobil qəzasında vəfat edib.

6- Əl-Ənbar:
Mayın 5-də Həşd-Şəəbi Təşkilatının 27-ci Briqadasının qüvvələri Fəllucənin kənarında İŞİD ünsürlərinin hücumuna qarşı çıxıblar. Toqquşmadan sonra toz fırtınasının yaratdığı hava şəraiti nəticəsindən istifadə edən İŞİD terrorçuları ərazidən qaçıblar.

7- Səlahəddin:
Mayın 7-də İraqın müdafiə naziri Cümə İnəd Saadun Samirra Əməliyyat Komandanlığını yoxlamaq üçün Səlahəddin əyalətinə gedib.

8- Mayın 4-də PKK silahlıları Şimali İraqda PKK silahlıları ilə toqquşmalarda 14 türk əsgərinin öldürüldüyünü iddia ediblər.

9- Mayın 7-də Türkiyənin Müdafiə Naziri Türkiyə ordusunun İraqın şimalında keçirdiyi əməliyyat zamanı 73 PKK üzvünün öldürüldüyünü açıqladı.

10- Mayın 4-də Müqtəda əs-Sədr müstəqil qüvvələri 15 gün ərzində İraqda yeni hökumət qurmağa çağırdı və əlavə etdi ki, üçlü koalisiya hökumətə səs verəcək, lakin Sədr fraksiyası iştirak etməyəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir