İŞİD-in “Əs-sar lişşeyxeyn” əməliyyatı sona çatdı

Bazar 8 May 2022 - 06:29
https://az.iswnews.com/?p=6681

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, İŞİD terror qruplaşmasının 19 apreldə müxtəlif ölkələrdə başlatdığı “Əs-sar lişşeyxeyn” əməliyyatı 15 gündən sonra başa çatıb.


17 aprel 2022-ci il tarixdə İŞİD-in rəsmi sözçüsü Əbu Ömər əl-Muhacirin, İŞİD-in öldürülən komandirlərinin (Əbu Bəkr əl- Bağdadi və Əbu Həmzə əl-Quraşi) qisasını almaq üçün yaydığı audio fayldan sonra Suriya, İraq, Əfqanıstan, Pakistan, Nigeriya, Somali, Misir, Konqo və Nigerdə “Əs-sar lişşeyxeyn” adlı yeni əməliyyatların baş tutduğu xəbəri verildi.
“Əs-sar lişşeyxeyn” əməliyyatı Ramazan ayının 17-dən (19 aprel) başladı və bu ilin Şəvval ayının 1-dək (3 May) davam edib və ümumilikdə 245 əməliyyat keçirilib. İŞİD əməliyyatlar zamanı 23-ü komandir olmaqla 726 nəfərin öldürüldüyünü və yaralandığını iddia edir.
Bu əməliyyatla eyni vaxtda İŞİD qruplaşması media-təbliğat fəaliyyətini bir xeyli artırdı və bu qrupun təbliğat maşını öz ünsürlərinin müxtəlif ölkələrdəki bütün əməliyyatlarını xəbər və videoreportajlar şəklində işıqlandırıb
Görünən odur ki, İŞİD-in əməliyyat strukturunda dəyişiklik edildikdən sonra bu terror qruplaşması, nüfuz etdikləri ölkələrdə müxtəlif adlar altında başqa əməliyyatlara başlayacaq.

Daha çox oxuyun:
Məqalə: İŞİD-in əməliyyat strukturundakı dəyişiklik
İŞİD-in İraqdakı yeni əməliyyatlarının statistikası!
Məqalə: İŞİD üçün medianın əhəmiyyəti

İŞİD mediası Əs-sar lişşeyxeyn əməliyyatının nəticələrini dərc edib
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir