İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat işləri üzrə rəhbərinin evinə raket hücumu olub + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat işləri üzrə rəhbəri Əhməd Əbu Raqifin evi Bağdadın Karada rayonunda naməlum şəxslər tərəfindən atılan raketlə hədəfə alınıb.
Mayın 4-də Bağdadın şərqindən atılan “Katyuşa” raketi Bağdadın Karada bölgəsindəki bir evə dəyib. Hücumdan bir neçə dəqiqə sonra məlum olub ki, raketin hədəfi İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat işləri üzrə rəhbəri “Əhməd Əbu Raqif”in evi olub. Hadisə nəticəsində insan tələfatı olmasa da, Əbu Raqifin evinin bir hissəsi “Katyuşa” raketi ilə zədələnib.
İraq təhlükəsizlik qüvvələri hücumun səbəbkarlarının müəyyən edilməsi üçün addımlar atıb və raket atəşinin yerini müəyyənləşdirib. Məsələ ilə bağlı bir nəfərin həbs edildiyi bildirilir.
Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Rəy