Yəməndə baş verən son hadisələr, 2 May 2022

Bazar ertəsi 2 May 2022 - 22:44
https://az.iswnews.com/?p=6414

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Səudiyyə koalisiyası tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulması və Yəmən Milli Qurtuluş Hökumət rəsmilərinin razılaşmanın müddəalarının yerinə yetirilməməsindən narazılığından sonra Yəmən Silahlı Qüvvələri yaxın günlərdə mümkün ssenarilərlə üzləşməyə hazır olduqlarını açıqlayıblar.

1- Mərib:
Məribdəki yerli mənbələrin məlumatına görə, Ənsarullah və İslahat Partiyası yerli ağsaqqalların vasitəçiliyi ilə məhbusların mübadiləsinə razılaşıblar. Hesabatda məhbusların sayı və razılaşmanın necə əldə olunduğu qeyd olunmur, lakin məhbusların mübadiləsinə hər iki tərəfdən cəbhə rəhbərləri də daxildir.

2- Səədə:
– Aprelin 27-də Səudiyyə koalisiya qüvvələrinin Səədə vilayətinin Səədə sərhəd bölgələrini atəşə tutması nəticəsində iki yəmənli mülki şəxs şəhid olub.
– Mayın 2-də Səudiyyə koalisiyasının artilleriyası Şadaya hücum etdi.

3- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 178 dəfə pozublar.

4- Mehdi Əl-Məşşat, Yəmən Ali Siyasi Şurasının sədri: “Düşmənlər koalisiyasına daxil olan ölkələr Birləşmiş Millətlər Təşkilatının elan etdiyi atəşkəsin uğur qazanmasına səbəb olacaq hər hansı bir hərəkətin qarşısını alırlar. Etdiyimiz güzəştlərə baxmayaraq, atəşkəs müddətinin yarısından sonra böyük Yəmən xalqının çətinliyini yüngülləşdirəcək fəaliyyətlər yoxdur. Bu uyğunsuzluqlara baxmayaraq, biz Yəmən xalqının qanuni haqları üçün səylərimizi davam etdiririk, mühasirə və müharibəni dayandırmaq, bütün Yəməndə xalqımızın azadlıq və müstəqilliyini bərpa etmək üçün silahlı qüvvələrimiz istənilən ssenari ilə qarşılaşmağa hazırdır.“

5- Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri: “Atəşkəs uğursuz olarsa, qüvvələrimiz Səudiyyə Ərəbistanı və BƏƏ-nin dərinliklərində 250-dən çox hədəfə nəzarət edir (yəni zərbə endirə biləcək 250 hədəfi nəzarətdə saxlamışıq) və yaxın günlərdə yeni silahlar orduda istifadəyə veriləcək”.

6- Yəmən Milli Qurtuluş Hökumətinin Əsirlər İşləri Üzrə Komitəsinin sədri Əbdül Qədir Mürtəza: “Ramazan ayında əsir mübadiləsi işində dəyişiklik olacağına ümid edirdik və çoxlu planlar təqdim etmişdik. Təəssüf ki, muzdluların uyğunsuzluğu və maneələri razılaşmanın əldə olunmasına mane oldu. Birləşmiş Millətlər Təşkilatı təcavüzkar ölkələrə və onların muzdlularına öhdəliklərini yerinə yetirmələri üçün təzyiq göstərməli və onların uyğunsuzluğuna və maneələrinə son qoymalıdır”.

7- Yəmənin Ümumi Zəkat Təşkilatının rəhbəri Şeyx Şəmsan Əbu Nəştan: “Fitr bayramının zəkatı 4 milyard 126 milyon 380 min rial oldu. Bu məbləğ Səna və digər əyalətlərdə 206319 ailəni əhatə edəcək”.

8- Reabilitasiya və İslahat İdarəsinin rəisi general-mayor Əbdül Həmid Əl-Muəyyid: “Baş Prokurorluq, Məhkəmə Komitəsi və Reabilitasiya və İslahatlar İdarəsinin koordinasiyası ilə Yəmən Ədliyyə Təşkilatı tarixində ilk dəfə olaraq, 1500 məhbus əfv olunacaq. Həmin şəxslərdən cəza müddətlərinin bir hissəsini çəkən 1000 nəfərin adları əfv siyahısına daxil edilib və qalanları isə lazımi təzminatları tamamlandıqdan sonra azadlığa buraxılacaqlar”.

9- Yəmən xalqı Ənsarullahın nəzarətində olan şəhərlərdə Qüds günü münasibəti ilə böyük nümayişlər və aksiyalar keçirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir